Əfqanıstan və Pakistanda güclü zəlzələ azı 13 nəfərin ölümünə səbəb olub

Pakistan

Çərşənbə axşamı Əfqanıstan şimal-şərqində baş verən güclü zəlzələ nəticəsində Əfqanıstan və Pakistan boyu azı 13 nəfər həyatını itirib.

ABŞ-ın Geoloji Araşdırmalar Mərkəzi bildirir ki, 6.5 bal gücündəki zəlzələnin episentri Əfqanıstanın şimal-şərqindəki Curm yaxınlığında, dərinliyi isə 187 kilometr olub.

Əfqanıstanın şimal-şərqində azı dörd nəfər ölüb, 50 nəfər yaralanıb, Pakistanda şimal Hayber-Paxtunxva vilayətində isə rəsmilər azı 9 nəfərin öldüyünü, 44 nəfərin

Onlarla ev və bina ya dağılıb ya ciddi ziyan dəyib. Zəlzələ episentrdən 2000 kilometr uzaqda Yeni Dehlidə belə hiss olunub.

Bölgədə güclü seysmik hadisələrin baş vermə ehtimalı yüksək olan bir bölgədir. ÇƏrşənbə axşamı baş verən zəlzələ Əfqanıstanda 1000-dən çox insanın ölümü ilə nəticələnən 6.1 bal gücündə zəlzələdən bir il sonraya təsadüf edib. 2005-ci ildə isə Pakistan və Kəşmirdə 7.6 bal gücündə zəlzələ on minlərlə insanın ölümünə səbəb olub.