ABŞ-da qərargahlanmış astronomlar tarixdə ilk dəfə olaraq kosmosda iki olduqca nəhəng qara dəlik aşkar ediblər. Bu tapıntı kainatın keçmişi haqda yeni məlumatlar verə bilər. Kaliforniyada Berkeley universitetinin alimləri bildirib ki, bu nəhəng qara dəliklərin hər biri 10 milyard dəfə günəşdən böyükdür və onun regionu əhatə edən cazibə qüvvəsi günəş sistemində olduğundan beş dəfə böyükdür. İndiyədək tanıdığımız ən böyük qara dəlik 6.3 milyard çəkidə olub. Bir çox astronomlar kainatda bir çox və ya hər bir qalaktikanın mərkəzində qara dəliyin yerləşməsi fikri ilə razılaşıblar. Alimlər bu növ qara dəliyi nəhəng qara dəlik adlandırırlar. Berkeley universitetinin təhqiqatçıları deyib ki, yeni aşkar edilmiş qara dəliklərin hər biri Yer Kürəsindən 300 milyondan çox işıq ili məsafədə oval kainatın mərkəzində yerləşir. Alimlərin fikrincə nəhəng kainatlar və onların qara dəlikləri iki və ya daha da çox spiral formalı kainatların 10 milyard il əvvəl toqquşmasından sonra əmələ gəlib.