NASA-nın NEEMO kimi tanınan ekstremal ətraf mühit missiya əməliyyat proqramı gələcəkdə dünyaya yaxın asteroidə planlaşdırılan səfərlə əlaqədar hər cür sınaqdan keçirilmək üçün dizayn edilib.
Dörd astronavt 9 gün Akvarius adlanan 37 kv metr laborotoryada yaşayacaq. Onlar planlaşdırılan dərin fəza missiyası üçün mümkün təcrübələr, cihazları və prosedurları sınaqdan keçirəcəklər.
Astronavt Canet Epps deyir k, o və onun həmkarları tez-tez reallıqda üzləşilə biləcək problemlərlə qarşılaşırlar.
Canet Epps: Komandir Aki və mən suyun altında fəza gəzintisi üçün hazır olmalıydım və bizim bunu etməyimiz bir az vaxt aldı. Çünki quruda və laboratoryadakı ekipajla kommunikasiyada bir balaca problemimiz vardı.
19 metr dərinlikdə yaşamaq o deməkdir ki, onlar Akvariusun xaricinə çıxdıqda hər dəfə təzyiqi azaltmaq məcburiyyətində deyillər. Onlar uzun vaxt suda qala bilərlər.
Astronavtlar həmçinin laboratoryada insan sağlamlığı və davranışı üzərində elmi təcrübə keçirirlər.
Tomas Pesquet: Biz hamımız vəsiqə gəzdirirk ki, bu, digər parametrlərlə birlikdə bizim mühitimizi və ya münasibətlərimizi izləyir. Bu, gələcək missiyalar üçün belə bir şəraitdə insanın reaksiyalarını anlamağa kömək edəcək.
Dörd astronavt Akvariusda yalqız deyil. Göyərtədə əlavə iki akuanavt var ki, bu texniklər yeraltı labaratorya haqda daha çox təcrübəyə və biliyə sahibdirlər. Onlar laboratoryanın bütün sisteminin düzgün işləməsinə və fəza geyimlərinə nəzarət edir.
Missiyanın komandiri Yaponyalı astronavt Akihiko Hoşide deyir ki, onlar laboratoriya haqda hər şeyi bilir.
Akihiko Hoşide: Onlar səhnənin arxasında olan insanlardır. Biz isə missiyanı həyata keçiririk. Ancaq onların köməyi olmadan biz heç nə edə bilmərik.
Aqvarius sualtı labaratoryası Florida Beynəlxalq Universitetinə məxsusdur.
NEEMO lahiyəsi NASA-nın analoji missiyalarından biridir. Hədəf astronavtları gələcək fəza tədqiqatlarında ekstremal şəraitə hazırlamaqdır.