Son vaxtlarda Ərdəbil-Astara yolu üzərində yerləşən və bölgənin turizm mərkəzlərindən olan Heyran gədiyi (aşırım) yaxınlığında Gilan vilayətinə məxsus bir lövhənin yerləşdirilməsi ilə başlayan münaqişələr və qalmaqallar İran Parlamentinə qədər uzandı. Əslən Astara şəhərindən olan güneyli fəal Yaşar Heydəri Amerikanın Səsi ilə söhbətdə bu barədə məlumat verərək öz fikirlərini paylaşıb.
Your browser doesn’t support HTML5
Heyran gədiyi ilə bağlı bu polemikalardan əlavə İran mətbuatı həmin bölgədə bir çox ərazinin bəzi siyasətçilər və dövlət məsulları tərəfindən qanunsuz şəkildə əldə edilməsinə dair əlaqədar orqanlar tərəfindən araşdırmalar aparıldığını bildirirlər.”
Astara və Ərdəbil millət vəkilləri arasında olan qızğın mübahisələrin əsas bir hissəsi də bu “ərazi saxtakarlığı” mövzusudur.
Azərbaycan Respublikasının sərhədində eyni adlı şəhərin yanında yerləşən Astara əhalisinin əksəriyyəti etnik türklərdən ibarətdir. Şəhər Gilan vilayətinin tərkibindədir.
Yaşar Heydəri Pəhləvi dönəmində Astara şəhərinin Şərqi Azərbaycan vilayətindən çıxarılıb, Gilan tərkibinə daxil edilməsinin İran hakimiyyətlərinin Azərbaycan torpaqlarını bölmə siyasətinin istiqamətində həyata keçirildiyini qeyd edib.
Norveçdə mühacirətdə yaşayan fəal həmçinin Astara şəhərinin millət vəkili ilə Ərdəbil millət vəkilləri arasında cərəyan edən mübahisələrin mahiyyəti, eləcə də Astara əhalisinin tələbləri haqqında danışıb.