Londondakı Ekvador şəfirliyində sığınacaq tapan WikiLeaks-in təsisiçisi Culian Assanj 5 ildən sonra Ekvadorun vətəndaşlıq statusunu alıb.
Məlumat Ekvadorun XİN-i tərəfindən yayılıb.
Assanjın Britaniya polisi tərəfindən həbs edilməsinin qarşısını alacaq bu addım uğrusuz cəhd kimi qiymətləndirilir.
Belə ki, London Ekvadorun Assanja diplomatik statuf tələbini rədd edib.
Ekvadorun xarici işlər naziri Maria Fernanda Espinoza müxbirlərə bildirib ki, Britaniya ilə hazırlıqda digər yollar müzakirə edilir.
Assanj Ekvador səfirliyində 20120- ildən yaşayırdı. Beləliklə o, 7 il əvvəl başladılan zorlama istinataqı ilə bağlı ev dustaqlığından xilas edilmişdi.
İsveçin ona qarşı ttihamları geri götürməsinə baxmayaraq, sabiq jurnalist və kompüter proqramçısı səfirlikdə qalmaqda davam edirdi.
O, həm də ABŞ tərəfindən məxfi sənədlərin açıqlanmasında ittiham edilir.