AŞPA Avropada mətbuat azadlığını müzakirə edəcək

AŞPA-da aksiya (Şəkil Facebook sosial şəbəkəsindən götürülüb)

AŞPA-nın qış sessiyasınımn qış sessiyasına (26-30 yanvar) Avropada mətbuat azadlığı haqqında qətnamə layihəsiçıxarılacaq.

Sənədin layihəsi AŞPA-nın saytında dərc edilib. Sənəddə deyilir ki, bəzi Avropa ölkələrində söz və media azadlığının boğulması ilə bağlı ciddi hallar baş verir. Qətlə yetirilən mətbuat işçiləri arasında azərbaycanlı jurnalistlər Elmar Hüseynov və Rafiq Tağının, həmçinin Anna Politkovskaya, Pavel Xlebnikov, Georgi Qonqadze, Qrant Dinkin adları sadalanır.

Həmçinin Azərbaycanda həbs olunmuş jurnalist, ölkənin ali rəhbərliyinin korrupsiya faktlarını açıqlayan Xədicə İsmayılovanın işindən danışılır.

Qətnamədə Bakı həbsdə olan jurnalistlərin dərhal azad edilməsinə, onlara qarşı təqiblərə son qoyulmasına çağrılır.

Layihə AŞPA üzvlərindən ibarət qrup tərəfindən hazırlanıb. Bura erməni nümayəndə heyətinin üzvləri də daxildir.

Öz növbəsində Azərbaycan tərəfi “Kəlbəcər partizanları”- Dilqəm Əsgərov və Şahbaz Quliyevin işini AŞPA-nın müzakirəsinə çıxarmaq niyyətindədir. Onlar ermənilərin nəzarətində olan Kəlbəcər rayonunda təxribat və qətl törətməkdə ittiham olunurlar.