Razılaşdırılmamış aksiyalara görə cərimələrin artırılması sərbəst toplaşmaq azadlığı və fikir azadlığına mənfi təsir edəcək
Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Azərbaycanda Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə yenicə edilmiş dəyişikliklərdən narahatlıqlarını ifadə edib.
APA agentliyinin məlumatına görə, bu barədə AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt və Cozef Debono Qrex 26-28 noyabr tarixlərində Azərbaycana səfərlərinin yekunları ilə bağlı qurumun rəsmi saytına verdikləri açıqlamada bildirib.
Onların fikrincə, razılaşdırılmamış aksiyalara görə təşkilatçı və iştirakçılara kəsilən cərimələrin artırılması ilə əlaqədar dəyişikliklər sərbəst toplaşmaq azadlığı və fikir azadlığına mənfi təsir edə bilər.
Bundan başqa, həmməruzəçilər həbs edilmiş hüquq müdafiəçilərinin, fəalların və jurnalistlərin sayı ilə bağlı narahatlıqlarını bildirib. Onlar hakimiyyəti bütün hüquqi vasitələrdən istifadə edərək bu insanların azadlığa buraxılmasını təmin etməyə çağırıb.
Həmməruzəçilər hazırlayacaqları hesabatın son variantını və qətnamə layihəsini 12 dekabr 2012-ci il tarixdə təqdim edəcəklər. Sənəd Parlament Assambleyasının 2013-cü ilin yanvar ayında keçiriləcək qış sessiyasında müzakirə olunacaq.
Xatırladaq ki, Azərbaycana səfər zamanı həmməruzəçilər ölkə prezidenti, Milli Məclisin sədri, xarici işlər, daxili işlər və ədliyyə nazirləri, Ali Məhkəmənin sədri, baş prokuror, parlamentdə təmsil olunan siyasi partiyaların liderləri, vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb.