Azərbaycanda demokratik institutların vəziyyəti haqqında xüsusi hesabat

Pedro Aqramunt və Tadeuş İvinski

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsi məruzəçilər Pedro Aqramunt və Tadeuş İvinskinin Azərbaycanda demokratik institutların vəziyyəti haqqında xüsusi hesabatını dinləyib.

AŞPA-nın mətbuat xidmətindən Turan agentliyinə verilən məlumata görə, dünən Monitorinq Komitəsinin Paris iclasında hesabat təsdiq edilib.

İclasda həmçinin qeyd edilib ki, Azərbaycanda qeyri-hökumət təşkilatlarının, vətəndaş fəallarının, jurnalistlərin və hüquq müdafiəçilərinin vəziyyəti xeyli pisləşib. Onların əksəriyyəti həbsə düşüb və ya təqiblərə məruz qalır.

Komitə Azərbaycan hakimiyyətini vətəndaş cəmiyyətinə qarşı repressiyalara son qoymağa çağırıb. İyunun 23-də Aqramunt və İvinskinin hesabatı Strasburqda AŞPA-nın yay sessiyasında müzakirəyə çıxarılacaq.