Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı qətnamə layihəsi AŞPA-nın yanvar sessiyasının müzakirəsinə çıxarılacaq
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsi Azərbaycan hakimiyyətini demokratik institutların fəaliyyəti sahəsində qanunvericiliyin reallaşması üzrə işi canlandırmağa çalışıb.
AŞPA-nın məlumatına görə, bu çağırış dekabrın 12-də Parisdə komitənin iclasında Azərbaycan üzrə həmməruzəçilər Pedro Aqramunt və Cozef Qreşin ölkənin AŞ qarşısındakı öhdəliklərini və digər müvafiq tövsiyələri yerinə yetirməsi barədə hesabatı təqdir edildikdən sonra səslənib. Komitə Azərbaycanın monitorinq proseduru altında saxlanmasını məqsədəuyğun sayıb
.
Həmsədrlərin hesabatında deyilir ki, Azərbaycan Avropa Şurasına daxil olduğu vaxtdan demokratik institutların fəaliyyəti üçün qanunverici bazanın yaradılması üzrə bəzi sahələrdə irəliləyişə nail olunub.
Lakin eyni zamanda “məhdudiyyətli tətbiq və ya bəzi qanunların pozulması qanunun aliliyinə təminat və insan hüquqlarına hörmət edilməsi ilə bağlı narahatlığı artırır. Məhkəmə hakimiyyətinin müstəqilliyi ilə bağlı problemlər qalmaqdadır.
Həmməruzəçilər siyasi plüralizmin təminatı məsələsi ilə bağlı qeyd edir ki, “Azərbaycanın bir sıra tanınmış müxalifət partiyaları parlamentdə təmsil olunmayıb. Eyni zamanda hakim Yeni Azərbaycan Partiyası parlamentdə siyasi fraksiyanın yaradılması hüququna malik yeganə partiyadır. Monitorinq Komitəsi parlamentdə təmsil olunmayan müxalifət partiyaları ilə “siyasi dialoq”un olmamasını da təəssüflə qeyd edir.
Hesabat müəllifləri əsas azadlıqlar – fikir, ifadə, toplaşma, birləşmə azadlıqları ilə bağlı vəziyyəti də “həyəcanlı” adlandırır.
Jurnalistlərin, fəalların uydurma ittihamlarla həbsi ilə bağlı hüquq müdafiəçilərinin məlumatları da narahatlıq doğurur.
Qanunvericiliyə “icazəsiz” nümayişlərin təşkilatçılarına və iştirakçılarına qarşı cərimələrin artırılmasını nəzərdə tutan düzəlişlərin edilməsi Monitorinq Komitəsində narahatlıq doğurur. Həmməruzəçilər polis şöbələrində ilkin saxlama, istintaq və penitensiar müəssisələrdə cəza dövründə ehtimal olunan işgəncə halları ilə bağlı məlumatların olduğunu qeyd edir.
Korrupsiya və mütəşəkkil cinayətkarlığa qarşı mübarizəyə yönələn qanunverici bazanın hazırlanmasında əldə olunmuş irəliləyişə baxmayaraq, əsas problem “bu qanunvericiliyin effektiv tətbiqinin vacibliyindən” ibarətdir.
Monitorinq Komitəsinin təqdir etdiyi qətnamə layihəsində sözügedən problemlərin aradan qaldırılması üzrə tədbirlərin qəbulu təklif olunur.
Tövsiyələr arasında həbsdə olan jurnalistlərin və fəalların işinə yenidən baxılması və onların azadlığa buraxılması üçün bütün mümkün hüquqi alətlərdən istifadə olunması da var.
Həmçinin səhhətində problemlər olan siyasi məhbusların azadlığa buraxılması tövsiyə edilir.
Ümumilikdə, AŞPA-nın Azərbaycanda ehtimal olunan siyasi məhbuslara dair əvvəlki qətnamələrinin tam reallaşması tövsiyə olunur.
Bununla yanaşı AŞPA Azərbaycanın seçki sisteminin ATƏTin Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun və Venesiya Komissiyasının təklifləri əsasında təkmilləşdirilməsini, QHT-lərin qeydiyyatında maneələrin aradan qaldırılmasını, beynəlxalq QHT-lərin qeydiyyatı prosedurunun sadələşdirilməsini, parlamentdə müxalifət fraksiyasının yaradılması üçün şəraitin təminatını tövsiyə edir.
Həmçinin qətnamədə Qarabağ probleminin həll olunmadığı vurğulanır, münaqişənin BMT Təhlükəsizlik Şurasının, eyni zamanda AŞPA, ATƏT, Avropa Parlamentinin qətnamələri əsasında nizamlanmasının dəstəkləməsi qeyd olunur. Qeyd edək ki, həmin sənədlərin hamısında Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi bildirilir.
Xatırladaq ki, bundan əvvəl həmməruzəçilər Azərbaycanda insan hüquqları ilə bağlı problemin qiymətləndirilməsi zamanı tənqidlərə məruz qalıb. Bəzən onların mövqeyi və ya bunun olmaması yerli müxalifət və hüquq müdafiəçiləri tərəfindən konformizm kimi qiymətləndirilib.
Ümumilikdə isə bu ilin mayında AŞPA-da “kürü diplomatiyası” haqda məruzədən sonra onun qurumlarının və ayrı-ayrı nümayəndələrinin Azərbaycana qarşı hərəkətlərində yenidən 2000-ci ilin birinci yarısında mövcud olan yanaşma müşahidə olunmağa başlayıb.
Qətnamə layihəsi təsdiqlənmək üçün yanvarın 21-25-də Strasburqda Assambleyanın qış sessiyasının müzakirəsinə çıxarılacaq.