AŞPA Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və digər işğal edilmiş ərazilərilə bağlı məruzəçi təyin edib

Oktyabrın 1-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) siyasi məsələlər komitəsinin iclasında “Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və digər işğal edilmiş ərazilərində gərginliyin artması” mövzusunda məruzə hazırlanması üçün məruzəçi təyin edilib. Məruzəçi britaniyalı deputat Robert Volterdir. Bu barədə Mediaforum saytı məlumat yayıb.