Təzyiqlərə son qoyulması tələb edilir
Azərbaycanın 22 tanınmış hüquqşünası vəkil Aslan İsmayılovu müdafiə bəyanatı ilə çıxış edib.
Sənədi İntiqam Əliyev, Ənnağı Hacıbəyli, Adil İsmayılov, Vidadi Mirkamal, Qurban Məmmədov, Ələsgər Məmmədli, Akif Əlizadə, Əlövsət Əliyev, Rəşid Hacılı, Erkin Qədirli, Əsabəli Mustafayev, Eyyub Kərimov, Yalçın İmanov, Anar Qasımlı, Namizəd Səfərov, Əlaif Həsənov, Elçin Namazov, Elçin Sadıqov, Cavad Cavadov, Mətləb Mütəllimov, Fariz Namazlı və Rəsul Cəfərov imzalayıb.
Hüquqşünaslar vəkilin DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ) fiziki təzyiqə məruz qalmasından qəzəblərini ifadə edib.
“Missiyası insanların haqlarını, o cümlədən, onları bu cür qəsdlərdən qorumaq olan peşə sahiblərinin - vəkillərin peşə və ictimai fəaliyyətləri ilə bağlı zorakılığa məruz qalmalarına dövlətin reaksiyası daha sərt olmalı və bu faktların hər biri ciddi araşdırma predmeti olmalıdır”, bəyanatda bildirilib.
Hüquq müdafiəçilərinə qarşı zorakılıq bütün cəmiyyət tərəfindən həmin topluma meydan oxumaq, onu qorxutmaq, öz missiyasını yerinə yetirməkdən, o cümlədən ictimai fəallıqdan çəkindirmək kimi qəbul edilir.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin adı həm yerli, həm də beynəlxalq təşkilatların (ATƏT, Avropa Şurası, BMT, ABŞ Departamenti, Human Rights Watch, Freedom House və s.) hesabatlarında insanlara işgəncələr tətbiq edən qurum kimi tez-tez hallandırılır və o, faktiki olaraq son illər hökumətin işgəncə şöbəsi kimi fəaliyyət göstərir.
2003-cü il prezident seçkilərindən sonra bir qrup müxalifətçiyə məhz bu idarədə işgəncə verilmişdi, Avropa Məhkəməsinin Azərbaycanla bağlı bir neçə qərarında BMCMİ-də insanlara qarşı işgəncə tətbiq edilməsi faktı təsdiqlənib.
Adı çəkilən qurum təkcə orada saxlanan şəxslərin yox, həmçinin, onlara hüquq yardımı göstərən vəkillərin və hüquq müdafiəçilərinin hüquqlarına ən çox qəsd olunan orqanlardan biri kimi ad çıxarıb.
Bəyanat müəllifləri İsmayılova fiziki təzyiq göstərmiş şəxslərin hüquq-mühafizə orqanlarından dərhal kənarlaşdırılmasını tələb edir.
Hüquqşünaslar həmçinin hakimiyyətin rəqiblərinin cəzalandırılması prosesinə hüquq-mühafizə orqanlarının cəlb edilməsinə və siyasi fəallara, hüquq müdafiəçilərinə və vəkillərə qarşı təzyiqlərə son qoymağa çağırıblar.
Xatırladaq ki, vəkil Daxili İşlər Nazirinin müavini tərəfindən qəbul edilib və baş verən hadisənin araşdırılacağı bildirilib.