Vəkillər Kollegiyası “Aslan İsmayılov və partnyorları” Vəkil Bürosunun bağlanması barədə də qərar verib.
Azərbaycan Vəkillər Kollegiyası mayın 8-də vəkil Aslan İsmayılovun vəkillik fəaliyyətinin dərhal dayandırılması və vəkillikdən xaric edilməsi üçün məhkəməyə müraciət edilməsi barədə qərar qəbul edib. Kollegiya həmçinin İsmayılovun “Aslan İsmayılov və partnyorları” Vəkil Bürosunun bağlanması barədə qərar verib. Bu barədə Aslan İsmayılovun özü Amerikanın Səsinə bildirib.
İsmayılovun sözlərinə görə, kollegiya Səbayel rayon məhkəməsinin hakimi Elnur Həsənovun şikayəti əsasında ona qarşı qərar qəbul edib.
“Bu il fevralın 10-da mən Elnur Həsənovun hərəkətlərindən Ədliyyə nazirinə şikayət etmişəm. İki gün sonra, fevralın 12-də isə o Vəkillər Kollegiyasına şikayət edib. Onun şikayətinə baxılıb, mənim şikayətimə cavab verən yoxdur”, deyə vəkil bildirib.
Hakim yazıb ki, İsmayılov otağına daxil olaraq onu təhqir edib.
“Halbuki Elnur Həsənovun otağının qapısı onun özünün əlinin altında olan düymə ilə açılır. Hakim düyməni basmasa otağa daxil olmaq qeyri-mümkündür. Bununla yanaşı, hakim şikayət verəndən sonra həmin düyməni və kilidi sökdürüb. Ancaq həm kilidin, həm də düymənin yeri qalır”, o qeyd edib.
Aslan İsmayılov Vəkillər Kollegiyasının qərarını sifariş hesab edir.
“Bunlar artıq başlarını itiriblər, Kollegiyanın qərarı ictimai fəaliyyətimlə bağlıdır və mənim susdurulmağıma yönəlib. Amma məni susdura bilməyəcəklər”, vəkil bəyan edib.
O sifarişin “ən azı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tərəfindən verildiyi”ni iddia edir.
Öz növbəsində, Vəkillər Kollegiyası qərarı barədə şərh verməyib. “Sizin suala yalnız mayın 10-da cavab ala bilərsiniz”, - deyə kollegiyadan bildiriblər.