“Məhkəmənin bu qərarı mənim ictimai fəaliyyətimlə bağlıdır”deyib vəkil Aslan İsmayılov
Sentyabrın 10-da Nərimanov rayon məhkəməsində hakim Turqay Hüseynovun sədrliyi ilə vəkil Aslan İsmayılova qarşı Vəkillər Kollegiyasının iddiasına baxılıb.
Aslan İsmayılovun Amerikanın Səsinə verdiyi məlumata görə məhkəmə onun
vəkillik statusunun ləğv edilməsi barədə qərar çıxarıb.
Onun sözlərinə görə iddiada 3 məsələ qoyulub. Birincisi, o, işə etibarnamə əsasında çıxıb, order götürməyib. İkincisi, guya qanunsuz olaraq hakimin otağına girib onu təhqir edib, üçüncüsü, «Viza» Hüquq Firması və «Aslan İsmayılov və Partnyorları» vəkil bürosu bir ünvanda yerləşib.
Vəkil bildirib ki ,bundan sonra o,cinayət işlərində deyil,yalnız mülki işlərdə çıxacaq .
Aslan İsmayılov ona qarşı atılmış bu addımı ictimai fəaliyyəti ilə bağlı olduğunu əsas gətirərək qərardan apellyasiya şikayəti verəcəyini bildirib.