Tanınmış vəkil Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində zorakılığa məruz qalmasından danışdı
Son zaman təzyiqlərlə üzləşən tanınmış vəkil Aslan İsmayılov Amerikanın Səsinə (www.amerikaninsesi.org) verdiyi açıqlamada bu gün Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində təhqir və zorakılığa məruz qalmasını təsdiqləyib. İdarənin mühüm işlər üzrə müstəntiqi Canpolad Daanovun xahişi ilə “Bandotdel”ə gedən Aslan İsmayılov orada xoşagəlməz hadisə ilə üzləşib: “Hər dəfə mən o idarədə olanda Canpolad Daanov mənim qarşıma gəlib, çay verib, bir hüquqşünas kimi həmişə mənimlə fəxr elədiyini deyib. Onu qırmamaq üçün idarəyə getdim. Növbətçi Hissəyə yaxınlaşan kimi onların adamdöyənləri dedi ki, birinci mərtəbəyə keçin. Mən də bilirəm ki, birinci mərtəbədən aşağıya – “podval”a aparırlar. Başa düşdüm ki,
məni aldadıblar. Otağa keçəndə gördüm ki, Daanov ordadır. Dərhal heç nə demədən başladı küçə şöyüşlərilə danışmağa. Bu cür ancaq küçə adamı, bir də bandit, sözün əsl mənasında quldur danışar. “Sən bilirsən bu nə idarədir. Burada insanların başına nə oyun açıqlar? Onun ən pisini sənin üzərində keçirəcəyik, sən biləcəksən ki, biz kimik. Sən kimsən ki, Ramil Usubovun haqqında danışırsan? Sən kimsən ki, Rəşad Ramazanovu müdafiə edirsən?” Mən heç gözləmədiyim anda özümü itirdim, nə baş verdiyini başa düşmədim. Dərhal qalxıb, qulağımın dibindən vurdu”.
Aslan İsmayılov deyir ki, bundan sonra da Daanov və yanındakı digər bir şəxs söyüşlərə, təhqirlərə davam edib. Onun sözlərinə görə, orada olan ikinci şəxs "Yaşamaq istəyirsənsə, dilini kəs!” deyib. “Heç nə demədim, sadəcə dedim ki, məni təhqir etməyin. Həbs edirsinizsə, məni həbs edin. Dedim mən ölümdən qorxmuram, öldürəcəksiniz öldürün. Dedilər “Öldürəcəyik, amma hələlik səni xəbərdar edirik, get ağlını başına yığ!”. Bu, təxminən yarım saat davam etdi,” – deyə Aslan İsmayılov Amerikanın Səsinə bildirib.
Tanınmış vəkil səhhəti ilə bağlı deyib ki, belə bir durumda insan özünü necə hiss edə bilər? Hadisədən sonra şəhər prokuroru Əziz Seyidovun qəbulunda olduğunu, baş verənləri ona danışdığını deyən Aslan İsmayılovun sözlərinə görə, bu məsələ təhqir olunmaq və ya döyülmək məsələsi deyil. Tanınmış vəkil bildirir ki, əgər bir ölkədə keçmiş daxili işlər naziri həbs edilir və hüquq müdafiəçiləri 3 saat ərzində onun yerini tapa bilmir, demək bu ölkədə yaşamaq təhlükəlidir. “İndi o təhlükəni mən özüm gördüm. Bu gün susanlar, sakit durub seyr edənlər ki, bu təhlükə məndən yan keçdi, bilsinlər ki, onların da başına gələcək. Ona görə bütün ölkə buna münasibət bildirməlidir!” – deyə Aslan İsmayılov bildirib.
Otağa keçəndə gördüm ki, Daanov ordadır. Dərhal heç nə demədən başladı küçə şöyüşlərilə danışmağa. Bunu ancaq küçə adamı, bir də bandit, sözün əsl mənasında quldur bu cür danışarAslan İsmayılov
Your browser doesn’t support HTML5