Tanınmış hüquqşünas Amerikanın Səsinə müsahibəsində Vəkillər Kollegiyasından xaric edilməsinə reaksiya verdi
Bu gün Azərbaycanın Vəkillər Kollegiyası tanınmış hüquqsünas Aslan İsmayılovu Kollegiyadan xaric edib. Onunla bağlı son qərarı məhkəmə verəcək. Ancaq Amerikanın Səsinə (www.amerikaninsesi.org) müsahibəsində Aslan İsmayılov bildirib ki, bu qərarın həqiqi müəllifi Vəkillər Kollegiyası deyil.
“Son iki ildə mən mütəmadi olaraq Prezident Admiristrasiyasının rəhbəri Ramiz Mehdiyevi qanunsuzluqda, korrupsiyaya bulaşmaqda ittiham etmişəm. Hamısı bununla bağlıdır. Onların göstərişi olmadan, ən azı Ramiz Mehdiyevin göstərişi olmadan, məni heç kim vəkillikdən çıxarmazdı.”
Tanınmış hüquqşünas Vəkillər Kollegiyasının İntizam Komissiyasının rəyini gülünc adlandırır. O deyir ki, həmin rəyə görə Aslan İsmayılov qədər vəkilliyə xələl gətirən, qanunu pozan, xuliqan, cinayətkar ikinci şəxs yoxdur: “Bunun hamısı uydurmadır. Mən həyatı boyu qanun pozmamışam və pozmaq fikrim yoxdur. Sadəcə mənim problemim ondadır ki, Kollegiyada olduğum müddətdə gördüyüm qanunsuzluqlar, ölkədə baş verən korrupsiya və rüşvətxorluq barədə daima danışmışam. Başqaları kimi qul olmamışam və olmaq da fikrim yoxdur!”
Bundan əvvəl də, 1999-cu ildə Vəkillər Kollegiyasından xaric edildiyini xatırladan Aslan İsmayılov 2005-ci ildə prezident İlham Əliyevlə görüşündən sonra Kollegiyaya bərpa edildiyini bildirib.
Aslan İsmayılovun Amerikanın Səsinə müsahibəsini dinləməklə aşağıdakı suallara cavab tapacaqsınız:

- Aslan Ismayılov 1999-cu ildə hansı hadisədən sonra Vəkillər Kollegiyasından xaric edilmişdi?
- 2005-ci ildə İlham Əliyevlə görüş zamanı Aslan İsmayılov hansısa öhdəlik götürübmü?
- Tanınmış hüquqşünasın bu gün Kollegiyadan çıxarılmasının konkret səbəbi varmı?
- Aslan İsmayılovun məhkəmədən gözləntisi nədir?
- Məhkəmə onun haqda mənfi qərar çıxaracağı təqdirdə Aslan İsmayılov şikayət edəcəkmi?
- Tanınmış hüquqşünasın hakimiyyətdə olanlara sözü nədən ibarətdir?
-
Your browser doesn’t support HTML5