Asiya Ticarət Paktı ABŞ-ın müttəfiqlərini Çinə yaxınlaşdırır

ABŞ ticarət mütəxəssisləri dünyanın ən böyük azad ticarət müqaviləsinin qəbul edilməsi istiqamətində atılan addımları ehtiyatla izləyirlər. Buna səbəb isə ABŞ-ın bəzi yaxın müttəfiqlərinin Çinin də daxil olduğu, lakin ABŞ-ı kənarda qaldığı iqtisadi blokda birləşməsi ilə əlaqədardır.

Regional Hərtərəfli İqtisadi Tərəfdaşlıq (RCEP) adlanan azad ticarət müqaviləsini imzalayan ölkələr - Avstraliya və Yeni Zelandiyadan olan mütəxəssislər razılaşmanın ABŞ üçün həm faydalar, həm də çətinliklər gətirəcəyini düşünür.

Səkkiz illik danışıqlardan sonra nəhayyət 2020-ci ilin noyabrında bağlanan müqaviləyə Cənub-Şərqi Asiya Ölkələri İttifaqından (ASEAN) 10 üzv ilə yanaşı Avstraliya, Çin, Yaponiya, Yeni Zelandiya və Cənubi Koreya da daxildir. Bu ölkələr qlobal ümumdaxil məhsul istehsalının 30 fazini təşkil edir.

Çin, Yaponiya və ASEAN-ın iki üzvü artıq azad ticarət sazişini ratifikasiya edib. Razılaşmanın qüvvəyə minməsi üçün o, dörd ASEAN üzvü və üzv olmayan bir ölkə tərəfindən təsdiqlənməlidir.

RCEP danışıqları uzun müddətdir ABŞ-ın dəstəklədiyi Trans-Sakit Okean Tərəfdaşlığı (TPP) ilə bağlı danışıqların kölgəsində qalıb. TPP ticarət müqaviləsi ABŞ və Qərb yarımkürəsindəki bəzi ölkələri əhatə edib, Çinin istisna edildiyi rəqib ticarət müqaviləsi hesab edilir.

Lakin Vaşinqtonda hər iki tərəfdən hər hansı yeni azad ticarət razılaşmasına müqavimətə görə keçmiş prezident Donald Tramp ABŞ-ı TPP müqaviləsindən çıxardı və RCEP-nin irəliləməsinə yol açdı.

Vaşinqtondakı araşdırma mərkəzi olan Brookings İnstitutunun xarici siyasət proqramı üzrə mütəxəssisi və Beynəlxalq Respublikaçılar İnstitutunun baş direktoru Patri Quirk deyir ki, "bunun ABŞ üçün təsirləri aydındır". "RCEP Çinin işinə yarayır. Pekin şübhəsiz ki, ABŞ-ın bəzi əsas regional müttəfiqləri üzərində və artan qarşılıqlı iqtisadi vəziyyətdə təsirini artırmağa çalışacaq", o bildirib.

Lakin Asiyadakı mütəxəssislər Amerikanın RCEP razılaşması ilə bağlı narahtlıqlarının şişirdilə biləcəyini düşünürlər. Avstraliyada Pert ABŞ-Asiya Mərkəzinin araşdırma üzrə direktoru Cefri Vilson bunun RCEP-ə üzv ölkələrin ABŞ da daxil olmaqla, bloku xaricindəki ölkələrlə ticarətin nisbətən azalmasına gətirib biləcəyini ehtimal edir.

Lakin Vilson əlavə edib ki, "RCEP qlobal ticarət sisteminin birliyini dəstəkləyərək, ABŞ-a fayda verəcək. Bayden administrasiyası qaydalara əsaslanan ticarət sisteminin ortaya çıxaracağı təhdidlərə qarşı yol axtardığı vaxt RCEP Hind-Sakit okean bölgəsindəki hökümətlərin eyni prioritetə sadiq qaldığını göstərir".