ABŞ-ın müdafiə naziri Leon Panetta Asiya-Sakit okeanı hövzəsi ölkələrinə 9 günlük səfərə başlayıb. Sabah nazir Sinqapurda keçirilən Asiya təhlükəsizlik konfransında nitqlə çıxış edib, Vaşinqtonun regionda hərbi qüvvələrinin sayı və hərbi təchizatının artırılması planını açıqlayacaq.
Yola düşməzdən əvvəl Panetta bildirib ki, büdcə kəsirlərinə baxmayaraq, Amerikanın silahlı qüvvələri 21 əsrin mürəkkəb problemləri qarşısında daha cevik olmalıdır.
ABŞ-ın müdafiə naziri Leon Panetta rəsmi səfərlə Vyetnam və Hindistanda olacaq.