ABŞ prezidenti Barak Obama ikinci dönəm hakimiyyəti müddətində kabinetdə təhlükəsizlik sahəsində ən mühüm vəzifələrdən biri olan Müdafiə naziri postuna Nebraska ştatından keçmiş senator Çak Heygelin nominasiyasını göstərib. Respublikaçı senator Azərbaycanda olub, o, ABŞ-Azərbaycan və ABŞ-Türkiyə münasibətlərinin inkişafına böyük önəm verən qanunverici və siyasətçi kimi tanınır.
Senator olduğu müddətdə Çak Heygel Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin inşasına dəstəyini bildirib və kəmərin Türkiyə hissəsinin açılışında iştirak edib.
ABŞ-ın keçmiş senatoru Çak Heygelin Müdafiə naziri vəzifəsinə nominasiya etməsi Azərbaycanda necə qarşılanır və bu təyinatın ABŞ-Azərbaycan münasibətlərinə təsiri nə ola bilər? Bu sualları cavablandırmaq üçün Azərbaycan Milli Məclisinin deputatı Asim Mollazadəyə müraciət etdik.
Dilşad Əliyarli: Asim bəy, siz dəfələrlə senator Heygellə görüşmüsünüz. Onun müdafiə naziri vəzifəsinə nominasiyası Azərbaycanda necə qarşılanıb və bu təyinatın ABŞ-Azərbaycan münasibətlərinə necə təsir göstərəcəyini düşünürsünüz?
Asim Mollazadə: İlk növbədə onu xüsusi qeyd etmək istəyirəm ki, senator Heygel Türkiyə ilə və Azərbaycanla dostluq münasibətlərini uzun zamandır sürür. Biz dəfələrlə onunla görüşmüşük və onunla Azərbaycan və Amerika Birləşmiş Ştatları arasında münasibətləri müzakirə etmişik və hər zaman onun müsbət münasibətini görmüşük. Düşünürəm ki, belə bir təyinat Azərbaycan-ABŞ münasibətlərinin birgə təhlükəsizlik istiqamətinə yeni bir nəfəs verəcək, bu istiqamətdə bizim əməkdaşlığımız genişlənəcək. Bildiyiniz kimi, hal-hazırda Azərbaycan Amerika Birləşmiş Ştatlarının Əfqanıstanda həyata keçirdiyi əməliyyatlara dəstək verir. Azərbaycanın zabitləri və əsgərləri Amerika və beynəlxalq qüvvələrlə birlikdə orada terrorla mübarizə aparır. Cənab Heygelin təyinatı belə bir ümid verir ki, Amerika Birləşmiş Ştatlarının müdafiə nazirinin Bakıya səfəri, bundan öncə cənab Ramsfeldin səfəri olmuşdu, ümidavarıq ki, yeni təyin olunmuş müdafiə naziri Bakıya gələrək, ikitərəfli münasibətlərlə yeni nəfəs, yeni təkan vermiş olacaq.
Dilşad Əliyarli: Asim bəy, bundan öncə cənab Obama daha bir mühüm vəzifəyə, dövlət katibi postuna senator Con Kerrinin nominasiyasını irəli sürüb. Bu təyinatın Azərbaycan və ABŞ arasında münasibətlərə necə təsir edəcəyini düşünürsünüz. Con Kerri 907-ci düzəlişin əsas memarlarından biri kimi tanınır, onun nominasiyası ilə bağlı sizin münasibətinizi bilmək istərdik.
Asim Mollazadə: Çak Heygeldən fərqli olaraq belə müsbət gözləntiləri ifadə edə bilmirik. 907-ci düzəlişin müəlliflərindən biri olmaqla yanaşı, senator Kerri uzun illərdir Massaçusets ştatında böyük nüfuza malik olan erməni təşkilatları ilə əməkdaşlıq edib, dəfələrlə onun erməni milli konqresinin nümayəndələri ilə müzakirələri olub. Amma burada bir məqamı qeyd etmək istəyirəm. Bir var Massaçusets ştatının senatoru olmaq və erməni təşkilatları ilə əməkdaşlıq etmək, lakin Dövlət katibi postunun başqa bir məsuliyyəti var, bu da ilk növbədə Amerika Birləşmiş Ştatlarının dövlət maraqları ilə bağlıdır. Onun üçün mən düşünürəm ki, artıq senator Kerri öz seçiciləri, etnik qruplarla əməkdaşlıq deyil, Amerika Birləşmiş Ştatlarının milli maraqlarından irəli gələn siyasət yürütməyə başlamalıdır. Çoxları bilir ki, Amerika Birləşmiş Ştatları ilə Azərbaycanın bir sıra sahələrdə maraqları üst-üstə düşür. Bu, həm terrorla mübarizə və təhlükəsizlik məsələlərinə aiddir. Azərbaycan və Amerika birlikdə enerji sahəsində çox böyük layihələr həyata keçirir. Bununla yanaşı, mən ümidvaram ki, cənab Kerinin Dövlət katibi postunda fəaliyyəti məhz Amerikanın dövlət maraqları ilə bağlı olacaq və bizim münasibətlərimiz hansısa bir mənfi istiqamətdə inkişaf etməyəcək.
Dilşad Əliyarli: Sizcə, 907-ci düzəlişin aradan qaldırılması üçün hansı işlər görülməlidir və Azərbaycan və Amerika arasında bu sahədə dialoq hansı şəkildə aparılmalıdır.
Asim Mollazadə: Azərbaycan-Amerika münasibətləri və Amerika Birləşmiş Ştatlarının Azərbaycanda olan maraqlarına görə Amerika prezidenti illər boyu 907-ci düzəlişi dondurub və bu maddə demək olar ki işləmir. Sadəcə olaraq maddənin mövcudluğu Azərbaycan-Amerika münasibətlərinə xələl gətirir. Təbii olaraq Azərbaycan bu maddənin ləğv olunmasında maraqlıdır. Yollar isə Senatdan və Konqresdən keçir. Azərbaycanın Amerikanın ştatlarında dostlarının sayı artmalıdır. Azərbaycan və Türkiyə icmaları Amerikada çox fəal siyasi fəaliyyətə keçməlidir. Biz ümidvarıq ki, bu fəaliyyətin nəticəsində Amerika senatorları və konqresmenləri Amerikanın maraqlarından irəli gələn zəruri addımları ataraq, bu ədalətsiz və Amerikanın maraqlarına zidd olan maddəni aradan qaldırmağa çalışacaqlar. Bu istiqamətdə müvafiq işlər görülüb və biz çox istərdik ki, bu işlərin yaxın zamanda nəticələri olsun.
Dilşad Əliyarli: Asim bəy, sizcə, Obama administrasiyası ikinci dönəm hakimiyyətdə olduğu zaman İranla bağlı hansı qərarlar verəcək? Əvvəlki dörd il ərzində Obama administrasiyasının əsas diqqəti İranın mübahisəli nüvə proqramına yönəlmişdi. Lakin Suriyada hadisələri, İranın Suriyanın əsas müttəfiqi olmasını və İranın Hizbullahı dəstəkləməsini nəzərə alaraq, sizcə, Obama administrasiyası İran məsələsini necə həll edəcək?
Asim Mollazadə: Bu son dönəmdə Obamanın xarici siyasətində hansısa köklü dəyişiklikləri gözləmirəm. Bu siyasət davam edəcək və Amerika Birləşmiş Ştatları İranla bağlı problemlərini siyasi yolla həllini axtaracaq. O ki qaldı Suriyaya, Heygelin müdafiə nazirliyinə təyinatı onu göstərir ki, Amerika Birləşmiş Ştatları hərbi əməliyyatları həyata keçirməyi düşünmür. Cənab Heygel senator olduğu zaman bunu dəfələrlə qeyd etmişdi. Artıq həm yəhudi lobbisi, həm də bəzi respulikaçılar cənab Heygelin özünün Respublikaçılar partiyasının üzvü olmasına baxmayaraq, çox sərt mövqedən çıxış edirlər. Bu Kerriyə də aiddir. O da İran məsələsinin siyasi müstəvidə həllinin tərəfdarıdır. Onun üçün bu təyinatlar özü-özlüyündə göstərir ki, Amerika Birləşmiş Ştatlarının İranla bağlı siyasətində, Suriya ilə bağlı siyasətində radikal dəyişiklik gözləmək olmaz.
Senator olduğu müddətdə Çak Heygel Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin inşasına dəstəyini bildirib və kəmərin Türkiyə hissəsinin açılışında iştirak edib.
ABŞ-ın keçmiş senatoru Çak Heygelin Müdafiə naziri vəzifəsinə nominasiya etməsi Azərbaycanda necə qarşılanır və bu təyinatın ABŞ-Azərbaycan münasibətlərinə təsiri nə ola bilər? Bu sualları cavablandırmaq üçün Azərbaycan Milli Məclisinin deputatı Asim Mollazadəyə müraciət etdik.
Your browser doesn’t support HTML5