Bakı Apellyasiya Məhkəməsi AXCP fəalı Asif Yusiflinin şikayətini təmin etməyib.
AXCP Rəyasət Heyətinin üzvü, Qarabağ əlili Asif Yusifli barəsindəki həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması haqda Nərimanov Rayon Məhkəməsinin martın 18-də verdiyi qərardan şikayət verib. Apellyasiya Məhkəməsi Nərimanov Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
2014-cü il noyabrın 26-da Narimanov Rayon Məhkəməsi Asif Yusifli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. 2015-ci il martın 18-də Yusiflinin həbs müddəti daha 2 ay uzadılıb.
O sənədlərin saxtalaşdırılması və dələduzluqda ittiham olunur.
Yusifli ittihamı qəbul etmir və sifariş hesab edir.