Müxalifət fəalı barədə dörd ay həbs seçilib (Yenilənib)

Asif Yusifli (Foto Obyektiv televiziyasınındır)

AXCP Rəyasət Heyətinin üzvü Asif Yusifli barəsində Nərimanov rayon Məhkəməsi 4 ay həbs qətimkan tədbiri seçib. Bu barədə AXCP sədrinin müşaviri Məmməd İbrahim öz facebook səhifəsində yazıb.

“Asif Yusiflidən xəbər var. Nərimanov rayon Məhkəməsindən bir vəkil mənə zəng vuraraq bildirdi ki, Asif Yusiflini Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi sanksiya üçün Nərimanov rayon Məhkəməsinə gətirib və haqqında 4 ay həbs qətimkan tədbiri seçilib. O Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 320.1 (sənədlərin saxtalaşdırılması) maddələri ilə günahlandırlır. Asif Yusiflini məhkəmədən sonar yenidən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə qaytarıblar, ordan da Kürdəxanıya göndərəcəklər”, İbrahim vəkilə istinadən yazıb.

***

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü, 2-ci qrup Qarabağ əlili Asif Yusifli noyabrın 25-də axşam saat 22 radələrində yoxa çıxıb. Bu barədə Amerikanın SəsinəAXCP-dən bildiriblər.

Məlumatda deyilir ki, Asif Yusifli bir neçə gün öncə ayağından ağır əməliyyat keçirib. O axşam saatlarında digər partiya yoldaşının avtomobilində olduğu zaman saxlanılıb. Partiya yoldaşı avtomobilini Nərtimanov metrosu yaxınlığında ərzaq mağazasının qarşısında əyləyib mağazaya daxil olub. Bir neçə dəiqəqədən sonra mağazadan çıxarkən Yusiflini avtomobildə görməyib. AXCP Asif Yusiflinin yoxa çəxması ilə bağlı Daxili İşlər Nazirliyinin “102 Qaynar Xətt” xidmətinə müraciət edib.

Hüquq mühafizə orqanları Asif Yusifli ilə bağlı Amerikanın Səsinin suallarına hələ cavab verməyib.

Asif Yusifli bundan öncə partiya fəıallarına izləndiyini deyibmiş.