BMT iqtisadçıları ərzaq və yanacaq qiymətlərinin artmasının inflyasiyanı yüksəldəcəyini deyir (audio)

BMT iqtisadçıları ərzaq və yanacaq qiymətlərinin artmasının inflyasiyanı yüksəldəcəyini deyir (audio)

BMT iqtisadçıları dünyanın əsas iqtisadiyyatlarını neft və ərzaq qiymətlərini tənzimləməklə Asiyadakı vəziyyətə kömək etməyə çağırıb

BMT-nin Sakit Okean Hövzəsinə daxil olan Asiya ölkələrinin iqtisadi sorğusu regionun hal- hazırda qlobal iqtisadiyyatın inkişafında aparıcı qüvvə olduğunu göstərir. BMT iqtisadçıları qalxmaqda olan yanacaq və ərzaq qiymətlərinin regionun milyonlarla yoxsul əhalisi üçün təhlükə yaratdığını deyir. BMT iqtisadçıları Asiyanın regional inkişafının davam etməsinə baxmayaraq, ərzaq və yanacaq qiymətlərinin artmasının inflyasiyanı yüksəldəcəyini deyir.

BMT-nin İqtisadi və Sosial Komissiyası Asiya və Sakit okeanı hövzəsi ölkələri (UNESCAP) haqda sorğusu region boyu inkişaf etməkdə olan ölkələrin əksəriyyətinin iqtisadiyyatında yeddi faiz artım proqnozlaşdırır. İqtisadçılar Hindistan və İndoneziyanın sürətlə inkişaf edən iqtisadiyyatının Asiyada istehlak və investisiya qoyuşuları ilə öndə getdiyin deyir. Hökumətin daxili istehlakı daha da genişləndirmək səyləri Çin iqtisadiyyatının doqquz faiz artacağını proqnozlaşdırır. UNESCAP-ın baş iqtisadçısı Naqeş Kumar bildirir ki, Asiyanın yüksək artım reyti haqda xarici ehtimallar inflyasyanın yüksələmsinə kömək edir. Xaricdən gələn pul axını investisiya qoyuluşu ilə mülkiyyət qiymətlərini süni şəkildə şişirdir. Naqeş deyir ki, ən qorxulusu 2008-ci ilin ərzaq və yanacaq böhranının yenidən baş verməsidir. Məlumatda bir neçə ölkədə ərzaq qiymətlərinin 35 faiz artdığı deyilir.

Naqeş Kumar: `İşin mənfi tərəfi odur ki, regionun üzləşdiyi əsas problem 2010-cu ilin avqust ayından bəri ərzaq və neft qiymətlərinin artması nəticəsində baş verən böhran təzyiqindən yaranır. Biz düşünürük ki, neftin qiymətinin qalxmaqda davam etməsi regionda böhranın bir faiz artmasına səbəb ola bilər.`

Sorğu yüksək ərzaq və yanacaq qiymətlərinin Asiya və Sakit okeanı hövzəsi ölkələrində 2010-cu ildəki böhrandan zərər çəkən 19 milyon insana 42 milyonun da əlavə olduğunu göstərir. Region boyu günə bir dollar 25 sentdən az pul qazanmaqla dolanan 950 milyondan çox insan var. Hesabatda deyilir ki, daxili iqtisadi inkişafı sürətləndirmək üçün istehlak, yüksək maaş, yaxşı iş yerləri və ictimai müdafiə proqramının genişləndirilməsinə ehtiyac var. BMT iqtisadçıları dünyanın əsas iqtisadiyyatlarını neft və ərzaq qiymətlərini tənzimləməklə Asiyadakı vəziyyətə kömək etməyə çağırıb. İqtisadçılar ehtimalları azaltmaq və ərzağı bio-yanacağa çevirən sənayeni nizamlamaq üçün əmtəə bazarlarında nizamlama işlərinin aparılmasını tövsiyə edib.