ABŞ müdafiə naziri Aşton Karter Vyetnama dəniz müdafiə imkanlarını təkmilləşdirmək məqsədilə Amerika istehsalı olan sahil təhlükəsizliyinə nəzarət qayıqları almaq üçün 18 milyonluq yardım edəcəyinə söz verib.
Karterin kommunist ölkəyə səfəri hərbi əlaqələrə təkan vermək məqsədi daşıyır. Bu səylərin tərkib hissəsi olaraq Karter və onun vyetnamlı həmkarı bu gün "nəzər bəyanatı" imzalayıblar. İkitərəfli əməkdaşlığın genişləndirilməsinə BMT-nin Vyetnamadakı sülhməramlı əməliyyatlarında iştirakına yardım etmək də daxildir.
Asiya-Sakit Okean regionuna 11 günlük səfərinin başlanğıcında cənab Karter Cənubi Çin Dənizində ərazi iddiası olan hər bir ölkəni ərazi iddiasına son qoymağa çağırıb. O deyib ki, ABŞ hərbiləşdirilmənin və regionda gərginliyin yaranmasının əleyhinədir.
Vyetnam Cənubi Çin Dənizində ada yaratmaq layihələrində iştirak edən ölkələrin sırasına daxildir. Ən böyük layihələr Çinə məxsusdur və bu, regional gərginliyi və hərbiləşmə təhlükəsini artırır.