Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) üzvlərinin xarici işlər nazirləri Koreya yarımadasındakı gərginliklə bağlı narahatlıqlarını ifadə ediblər.
Təşkilatın 10 üzvünün şənbə günü Manilada keçirilən görüşündən sonra yayılan bəyanatda deyilir ki, Şimali Koreyanın son həftələr həyata keçiridiyi ballistik raket və nüvə sınaqları regionda və dünyadakı sülhə, təhlüksizliyə və sabitliyə təhdiddir.
Nazirlər bildiriblər ki, “biz sülhün təmin edilməsi üçün Koreya yarımadasının tam, həqiqi və birdəfəlik nüvəsizləşdirilməsinə dəstəyimizi ifadə edirik.”
Şənbə günü Manilaya gələn Cənubi Koreya xarici işlər naziri Kanq Kyuqn Va deyib ki, o, bazar ertəsi başlayacaq ASEAN Regional Forumda şimali koreyalı həmkarı ilə görüşmək imkanından məmnunluq hiss keçirir. İllik forum ABŞ, Rusiya və hər iki Koreya daxil olmaqla 27 ölkənin toplantısıdır.
ABŞ dövlət katibi Reks Tillersonun şənbə günü Manilaya gələrək, bazar günündən etibarən rəsmi görüşlərə başlayacağı gözlənilir.