Ukraynalıların son 10 ildir müdafiə etdiyi istehkamları olan Avdiivkanın ötən ay Rusiyanın nəzarətinə keçməsi ilə müharibə Ukraynanın şərqində Donbas bölgəsinin bu hissəsində yaşayan minlərlə insana yaxınlaşır. Bir çoxları qərbə doğru qaçır, amma bəziləri qaçqın olmaq əvəzinə geridə qalıb, döyüşlərlə üzləşməyi seçirlər.
Ukraynalı polis zabitləri bu insanları getməyə inandırmağa çalışırlar.
Buradan partlayış səsləri aydın bir şəkildə eşidilir.
Bu, Ukraynanın şərqində Donbas bölgəsindəki bu kəndin cəbhə xəttindən çox uzaqda olmadığını xatırladır.
“Gəlin biz burada ikən gedək.”
“Yox, biz getmirik. Biz hələ qərar verməmişik. Qərar verəndə, mən sizi çağıracam.”
Evin içində, soyadını deməyən 73 yaşlı Paraskovia bu buludlu soyuq qışda nadir günəşli günün dadını çıxarır. O deyir ki, son həftələr daimi olaraq güclü artilleriya partlayışları olub.
“Bilirsiniz, vəziyyət həmişə belədir ki, səsli gurultu olur. Bu məni bir az qorxudur. Qorxuludur,” o deyir.
Risklərə baxmayaraq, Paraskovianın ailəsi burada qalmağa qərar verib. Onlar gedəcəkləri bir yerin olmadığını deyir.
Donbasda demək olar 10 ildir davam edən döyüşlərdən sonra, ukraynalıların fevralda Avdiivkanın nəzarətini itirməsindən sonra cəbhə xəttinin yaxınlaşdığı görünür.
O zamandan bəri Rusiya qoşunları ərazidə yavaş-yavaş amma davamlı bir şəkildə irəliləyirlər.
Rusiya qüvvələri Oçeretinodan beş kilometrdən az məsafədədir, ancaq şəhər artıq dağılıb.
Bu qatar yaxınlıqda yerləşən və bölgənin ən böyük şəhəri olan Pokrovskdan hər gün yola çıxır. O, müharibənin onlara yaxınlaşdığına inanan insanları buradan uzaqlaşdırır.
“Müharibə gəlir, biz onu eşidirik, biz onu televizorda görürük. Pokrovsk bombalanır,” Donbas sakini Katerina Kirilovna deyir.
Katerina Avdiivkanın qərbində hələ də Ukraynanın nəzarətində olan kəndlərdən birində yaşayır. O, nəvəsini cəbhə xəttindən uzaqda daha təhlükəsiz bir yerə göndərir.
Tanyanın 15 yaşı var. Amma müharibədəki bir çox başqası kimi, Katerina da deyir ki, o, qaçqın olmaqdansa, döyüşlə üzləşməyə üstünlük cverir.
Qatar stansiyasında Avdiivka uğrunda gedən qanlı döyüşdə vuruşan bir çox əsgər nəyahət dincəlməyə evlərinə gedirlər.
“Mənim ürəyim orada qaldı. Tək bunu deyə bilərəm ki,biz bunu onlar üçün etdik,” ukraynalı əsgər Monya deyir.
Monya son iki ildə cəbhə xəttini yalnız iki dəfə tərk edib. Avdiivkadan xaotik şəkildə geri çəkilərkən o, Tanya və onun nənəsi ilə tanış olub. Onlar son bir neçə günü bir yerdə qalıb və indi o, gənc qızı Ukraynanın mərkəzinə anasına aparmaqdan məsuldur.
Ancaq onun gözlərində sonu çox uzaq görünən amansız müharibənin dəhşətlərini də özü ilə evinə apardığını görmək mümkündür.