Qəzzaya yardım daxil olduğu vaxtda, dünya liderləri atəşkəsi müzakirə edir

Şənbə günü 20 yük maşınından ibarət ilkin yardım karvanı Misirdən Qəzza zolağına daxil olduğu bir vaxt, ərəb və dünya liderləri İsraillə HƏMAS arasında 14 gündür davam edən münaqişədə atəşkəsin necə həyata keçiriləcəyini müzakirə etmək üçün Qahirədə bir araya gəliblər.

Misir Prezidenti Əbdel Fəttah Əl-Sissinin ev sahibliyi etdiyi sülh konfransında iştirak edən BMT baş katibi Antonio Quterreş ehtiyacı olan mülki vətəndaşlara kifayət qədər yardım çatdıra bilməməklə bağlı məyusluğunu ifadə edib.

“Biz ağrı içində və uçurumun bir addımlığında olan bir bölgədə görüşürük, elə bir bölgədə ki, burada ürək bulandıran, ruhu sızladan əzab görüntüləri ilə sarsılmamaq mümkün deyil,” Quterreş bildirib.

“Dünən mən Rəfah Sərhəd Keçid Mənqətəsinə getdim. Mən ona bir paradoks gördüm – real vaxtda baş verən bir humanitar fəlakət,” o deyib. “Bİr tərəfdə, mən ərzaq və başqa zəruri ləvazimatlarla dolu yüzlərlə yük maşını…bir tərəfdə dolu yük maşınları, digər tərəfdə boş mədələr.”

BMT-nin yardm rəsmisi şənbə günü Qəzza zolağına daxil olan 20 yük maşınından ibarət konviyun 2.2 milyon sakinin ehtiyaclarının yalnız 3 faizini qarşıladığını təxmin edir.

Fələstinli Qırmız Aypara rəsmisi Mərvan Cilani Qətərin al-Jazeera televiziya kanalına bildirib ki, yardm ləvazimatları paylanmaq üçün Qəzanın mərkəzində Deir əl-Bəlahda BMT-nin obyektlərinə aparılır.

HƏMAS-a rəğbət bəsləyən fələstinli jurnalist televiziya kanalına konvoyda “heç yanacaq” olmadığını ancaq Qəzza zolağının ən böyük xəstəxanası olan Əl-Şifa Xəstənasının generatorlarını işlətmək üçün “ona təcili ehtiyacının” olduğunu bildirib. Əl-Şifa HƏMAS tərəfindən idarə olunur.

Bu arada isə şənbə günü Qahirədə keçirilən konfransda İordaniya kralı II Abdulla İsraili fələstinli mülki vətəndaşlara qarşı münasibətinə görə tənqid edib və dünya liderlərini onun sözlərinə görə, fələstinlilərin əzablarına biganəlik və beynəlxalq humanitar hüquqa münasibətdə ikili standarta görə təniq atəşinə tutub.

“Mən Qəzzada, İordan çayının qərb sahilində və İsraildə günahsız mülki vətəndaşlara qarşı zorakılıq aktlarına görə qəzəbli və kədərliyəm,” o deyib. “Biz burada danışdığımız anda Qəzzada aparılan amansız bombalama kampaniyası hər səviyyədə qəddar və vicdansızdır. Bu, mühasirəyə alınmış və köməksiz bir xalqın kollektiv cəzasıdır. Bu, beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır.”

Bir neçə Avropa lideri, o cümlədən İspaniyadan Pedro Sançez HƏMAS-ın oktyabrın 7-də İsraillə hücum edərək, qadınlar və uşaqlar daxil olmaqla israilli mülki vətəndaşları öldürməsinə və başqaların qaçırmasına istinad edərək deyib ki, “İsrailin özünü hücumlara qarşı müdaifə etmək hüququ var.”

“Biz İsrailə qarşı terror hücumlarını şiddətlə qınayırıq,” Sançez deyib. “Və biz həm də İsrailin beynəlxalq hüquq və beynəlxalq humanitar hüquqa ciddi şəkildə riayət etməklə özünü qorumaq hüququnu tanıyırıq. ”

Misir prezidenti Qəzzada münaqişəni “region və dünyada sülhü təhdid edən misli görünməmiş böhran” adlandırıb.

O deyib ki, “biz Qəzzaya yardım göndərməklə başlamalıyıq və daha sonra dərhal atəşkəsə doğru addım atmalı və nəhayət İsraillə yan-yana Fələstin dövlətinin qurulmasını müzakirə etməliyik.”

Misir prezidenti, onun sözlərinə görə “75 illik Fələstin davasını aradan qaldırmaq üçün” “Qəzzadan fələstinlilərin Misirin Sinay yarımadasına itələnməsinə icazə verməyəcəyini” təkid edib. “Bu baş verməyəcək və qətiyyən Misirin hesabına olmayacaq.”

Fələstin Milli İdarəsinin prezidenti Mahmud Abbas Fələstin Azadlıq Təşkilatı hərəkatının uzun-müddətli mövqeyini təkrarlayaraq deyib ki, “zorakılıq” İsrail və Fələstin dövlətlərinin yan-yana mövcudluğuna əsaslanan “ədalətli həll yolunun olmamasının nəticəsidir.”

“Fələstinlilər torpaqlarını tərk etməyəcək,” o deyib və əlavə edib ki, “onlar getməyəcək.”