Arzu Qeybulla: AKP imicini düzəltmək üçün sıfırdan başlamalı olacaq [Audio&Fotoqalereya]

Türkiyədə etiraz nümayişləri artıq doqquzüncü günə keçib. Türkiyənin dünyəvilik simvolu olan İstanbulda şəhərin böyük parklarından birində başlamış dinc oturaq aksiya sonradan polis zorakılığı ilə müşayiət olunmuş nümayişlərə keçdi. O gündən insanlar hələ də küçələrdən çəkilmir. Onlar nə istəyir? İnsanların tələbləri nədir? Hökumət aksyalardan hansı nəticə çıxarır? Bu hadisələr Türkiyəni necə dəyişdirdi?

Türkiyədə yaşayan azərbaycanlı jurnalist, doqquz gündür istanbullularla aksiyalara çıxan Arzu Geybullaya Amerikanın Səsinə müsahibədə bu sualları cavablandırır. cavab almaq üçün müraciət etmişik.

Your browser doesn’t support HTML5

Arzu Qeybulla ilə müsahibə




Dilşad Əliyarlı: Arzu xanım, siz hazırda haradasınız? Orada nələr baş verir?

Arzu Qeybulla: Mən indi çox maraqlı bir yerdəyəm. Qasımpaşada. Bura baş nazir Ərdoğanın anadan olub böyüdüyü yerdir. Bura fərqli yerdir. Hər yerdə AKP-nin bayraqları var. İnsanların böyük qismi Ərdoğanın və onun partiyasının dəstəkçisidir. Bu insanların demək olar heç bir bu doqquz gündə o aksiyaların heç birində iştirak etməyib. Mən buranın ab-havasını almaq, insanların necə düşündüyünü bilmək istədim.

D.A.Nümayişlərə kimlər qatılır, hansı sosial təbəqələri əhatə edən insanlara daha çox rast gəlmək olar?

Hər cür insan var aksiyalarda. Həm tələbələr, həm məktəb şagirdləri, həm həkimlər var, onlar ümumiyyətlə işləyir də orada, yaralılara kömək edir, həm professorlar, jurnalistlər var.
A.Q.Çox qarışıq qrupdur. Deyə bilmərəm ki, ancaq siyasi partiyalar var. Hər cür insan var aksiyalarda. Həm tələbələr, həm məktəb şagirdləri, həm həkimlər var, onlar ümumiyyətlə işləyir də orada, yaralılara kömək edir, həm professorlar, jurnalistlər var. Çox qarışıq, rəngarəng bir qrupdur aksiyalarda iştirak edən.

D.A. Arzu xanım, artıq hamıya məlumdur ki, parkın sökülüb yerinə Osmanlı dövrünün baraklarının tikilməsinə etiraz kimi başlayan nümayişlər əslində əhalinin hökumətin yürütdüyü siyasətdən narazılığını ifadədə edir. İnsanlar nə istəyir? Çözümü nədə görürlər? Hansı tələbləri irəli sürürlər?

Türkiyəyə fərqli gözlə baxılırdı:güclü ölkədir, dəyişir, demokratik proseslər sürür bu ölkədə. Belə bir şeyin olması, bundan əlavə baş nazir Ərdoğanın orada toplaşan insanlara xuliqan, tərbiyəsiz və ya ekstremist deməsi çoxlarının, hətta AKP-ya səs verənlər arasında da sualların yaranmasına səbəb oldu.
A.Q.Tələblər bu gün irəli sürüldü. Baş nazirin müavini Bülent Arıncla aksiya iştirakçılarının bir görüşü var idi. Tələblərin birincisi Gezi parkında heç bir inşat işinin aparılmamasından ibarətdir. Bunun üçün baş nazirin söz verməsini istəyirlər. İkinci tələb yerində opera evinin tikilməsi nəzərdə tutulan Gezi parkının yanındakı Atatürk mərkəzinin yerində qalmasıdır. Üçüncü tələb ondan ibarətdir ki, aksiyalar zamanı insanlara qarşı güc tətbiq edən polis işçiləri, həm də təhlükəsizlik orqanlarının rəsmilərinin, özü də təkcə İstanbul deyil, Ankara da, Hatayda da işdən çıxarılmasından ibarətdir. Bir tələb də odur ki, bundan sonra heç bir aksiyada polis qaz bombalarından istifadə etməsin və güc tətbiq etməsin. 31 mayda atılan bombaların həddi olmadığından çıxan tələbdir. Tələblərin biri də insanların Taksim və Ankarada Kızılay kimi meydanlara rahat buraxılması, azad toplaşmaq hüququndan istifadə edə bilməsindan ibarətdir. Aksiyalar zamanı digər tələblər də var idi. Məsələn, baş nazirin istefa verməsi, Türkiyədə iqtidarın hakimiyyətdən getməsi, amma bunlar beş tələbin arasında yoxdur.

D.A. Sizcə, hökumətin buna reaksiyası necə olacaq?

Xalq tərəfindən hökumətdən böyük narazılıq var. Onlar baş nazir Ərdoğanın verdiyi reaksiyadan razı deyillər və onun insanların istəklərini və arzularını nəzərə almamasına görə çox əsəbiləşiblər.
A.Q. Xalq tərəfindən hökumətdən böyük narazılıq var. Onlar baş nazir Ərdoğanın verdiyi reaksiyasından razı deyillər və onun insanların istəklərini və arzularını nəzərə almamasına görə çox əsəbiləşiblər. Elə proseslərin davam etməsinin səbəbi də bununla bağlıdır ki, baş nazir hələ heç nə deməyib. Bir maraqlı cəhət var ki, mayın 31-də Gezi parkı aksiyasında qazdan istifadə edildi və güc tətbiq edildi. Ayın 1-dı baş nazir dedi ki, “mən bilirəm ifrat gücdən istifadə edilib, biz çalışacayıq ki, bu azalsın.” İstanbulda indi çox maraqlı bir şey baş verir. Gün içində normal həyat davam edir, elə bil heç bir şey yoxdur, amma axşamlar aksiya iştirakçıları ilə polis arasında qarşıdurma gedir və bu qaz bombardmanı qurtarmır və elə bil gecələr getdikcə çoxalır. Baş nazir Erdoğan xaricə səfərdən sabah qayıdır. Mən düşünmürəm ki, tələblərin hamısına bir-biri əməl ediləcək və bundan bir müsbət nəsə çıxacaq. Məncə, aksiya iştirakçılarının tələbləri qəbul edilmədikcə, aksiyalar davam edəcək.

D.A. Medianın rolu nədən ibarətdir? Türkiyə mətbuatı hadisələrin ilk günü verdiyi zəif reaksiyaya görə tənqidlərlə qarşılışıb. Əslində insanları küçələrə gətirən səbəblərdən biri də mətbuata olan təzyiqlər, tanınmış jurnalistlərin mətbuat orqanlarından getməsi kimi halların baş verməsi olmuşdu. Hazırda Türkiyə mediasının mövqeyi nədən ibarətdir və mətbuatın iştirakını necə qiymətləndirirsiniz?

A.Q.Televiziya kanalları aksiyalar başlananda çox passiv iştirak etdilər.Heç bir şey yox idi. Canlı yayım yox idi. Mən mayın 31-də qazdan istifadə ediləndə Taksim meydanında idim, şəkilləri çəkirdim, Bəzi tele-kanallar çəkirdi, amma canlı yayım yox idi. Türkiyədə NTV televiziyasına yaxşı baxılır. CNN Türkün belə davtanması lap maraqlı idi. Təpki də elə ondan gəldi. Sosial mediada xəbərləri alan insanlar çox əsəbiləşib Gezi parkına toplaşmağa başladı. Orada toplaşan insanlara polis təcavüzü daha çox sosial mediada əksini tapdı. Ancaq ana xəbər bülletenlərində 3-5 dəqiqəlik xəbərlər verilir. Qəzetlərdə daha çox xəbər verilirdi. Amma medianın özünü bu qədər ifadə etməməsi bu dəfə tam şəkildə göründü. Xəbər Türk, CNNTürk və başqa kanallarına yürüşlər oldu və insanlar kanalların müdirlərinə qarşı öz fikirlərini ifadə etməyə başladı. Ancaq Ərdoğan səfər çıxdığı gündən sonra daha çox xəbər yayımlanmağa başladı. Hətta CNN Türkdə polis təcavüzünü göstərən videolar nümayiş olundu. İndi bundan sonra Türkiyə mediasının vəziyyətinin necə olacağını demək çətindir. Türkiyə hələ də həbs edilmiş jurnalistlərin sayına görə dünyada birinci yerdədir, hətta Çini də keçib. Hər kəs bundan da çox narazıdır. Amma ən böyüik rolu sosial media oynadı. Həm xəbərləri paylaşmada, həm də aksiyalarda olan insanların mesajlar göndərməsində.

D.A. Buradan bir sual da doğur. Hadisələr Türkiyəni necə dəyişdirdi və Ədalət və İnkişaf partiyasının 10 ildən artıq hakimiyyəti olduğu zaman Türkiyənin nə dərəcədə dəyişdiyini dünyaya necə göstərdi?

AKP-nin özünə də mənfi təsir oldu. Onlar özləri də etiraf etdilər ki, son seçkilərdən sonra onların üzvlərinin sayı azalıb. Düzdür, demokratik seçkilər oldu və AKP səs çoxluğu ilə seçildi. Amma hal-hazırda həm Türkiyənin özündə, həm də dünyada Türkiyəyə fərqli gözlə baxırlar.
A.Q. Mənfi təsir göstərdi. AKP-nin özünə də mənfi təsir oldu. Onlar özləri də etiraf etdilər ki, son seçkilərdən sonra onların üzvlərinin sayı azalıb. Düzdür, demokratik seçkilər oldu və AKP səs çoxluğu ilə seçildi. Amma hal-hazırda həm Türkiyənin özündə, həm də dünyada Türkiyəyə fərqli gözlə baxırlar. Çünki Türkiyə önəmli rol oynayır. Türkiyəyə fərqli gözlə baxılırdı:güclü ölkədir, dəyişir, demokratik proseslər sürür bu ölkədə. Belə bir şeyin olması, bundan əlavə baş nazir Ərdoğanın orada toplaşan insanlara xuliqan, tərbiyəsiz və ya ekstremist deməsi çoxlarının, hətta AKP-ya səs verənlər arasında da sualların yaranmasına səbəb oldu. Bundan sonra məncə, AKP öz imicini düzəltmək üçün sıfırdan başlamalı olacaq. Bu proseslər Türkiyənin iqtisadiyyatına təsir göstərdi. Həm baş nazir Ərdoğan, həm AKP bu aksiyalar nəticəsində daha fərqli bir siyasət yeridə bilərdi, amma nə yazıq ki, bu olmadı və sabah baş nazir qayıdandan sonra nə deyəcəyi hamımızı çox maraqlandıdır. Bundan sonra məncə, onların işləri çox çətindir.

Gezi parkı aksiyası