Amerikanın Səsi ilə söhbətdə müstəmləkəçilik və müstəmləkəçilik sonrası (post-kolonializm) araşdırmaları haqda danışan güneyli sosioloq Artum Dinc müasir tarixdə müstəmləkəçi qüvvələr tərəfindən tətbiq və təbliğ edilən siyasətləri şərh edib. O, milli kimlik anlayışının təkamülü, eləcə də, bu istiqamətdə istifadə edilən terminologiya barədə düşüncələrini paylaşıb. Artum Dinç oxşar mexanizmin güney və İranın digər bölgələrindəki türklər üzərində necə işlədiyini dəyərləndirib.
Your browser doesn’t support HTML5
Türkiyədə yaşayan sosioloq post-kolonializm araşdırmalarını belə təsvir edir:
İranda biri özünə türk deyəndə farsları demirəm, amma farsçı zehniyyət yuxarıdan bir baxışla ona sən türk deyilsən azərisən deyir. Orada o türk hələ İranlılaşmamış ya daha doğrusu farslaşmamış və bir təhdid olaraq görünür. Bu bir yanılmadır və bir növ üstdən baxışdır.Artum Dinc
“Müstəmləkəçilik sonrası olaraq adlandırılan dönəmdə aparılan elmi araşdırma və etüdlərə post-kolonial tədqiqatlar deyilir. Fənlərarası bir araşdırma və tədqiqat sahəsidir: antropologiya, sahə araşdırmaları, kültürəl tədqiqatlar, sosiologiya, siyasət, iqtisad, coğrafiya, tarix, millətlər arası əlaqələr, dilçilik, ictimai cinsiyyət tədqiqatları, ədəbiyyat və özəlliklə marksist sol-siyasi nəzəriyyələr kimi elmi fəaliyyətləri ehtiva edir.”
Dincin sözlərinə görə, müstəmləkəçi zehniyyət ayırıcıdır və hər şeydən əvvəl etno-mədəni vahidlər ya qruplar arasındakı əlaqədə bir ierarxiyanın mövcud olduğunu fərz edərək bəzi qrupları üstün irq kimi təqdim edir.
Türkiyədə yaşayan sosioloq müstəmləkəçi kimlik siyasətinin İran Azərbaycanı və ölkənin digər bölgələrindəki türklər üzərində necə işlədiyinə diqqət çəkir:
“İranda biri özünə 'türk' deyəndə, farsları demirəm - amma farsçı zehniyyət yuxarıdan bir baxışla ona 'sən türk deyilsən, azərisən' deyir. Orada o türk hələ iranlılaşmamış, ya daha doğrusu farslaşmamış və bir təhdid olaraq görünür. Bu, bir yanılmadır və bir növ səthi baxışdır.”
Təbrizli araşdırmaçı kimlik siyasəti ilə bağlı elm və qüdrət arasındakı əlaqəyə də toxunur:
“Əgər orada bir insan sadə bir dillə deyirsə ki, 'mən türkəm', məsələ orada bitmişdir məncə. Yox, 'sən türk deyilsən', 'tarixin bu deyil' kimi söhbətlər qondarmadır...”
İran Azərbaycanındakı türk toplumuna yuxarıdan təhmil edilən kimlik anlayışına qarşı mübarizənin yolları ilə bağlı öz düşüncələrini paylaşan Artum Dinc məsələnin nə olduğunu doğru müəyyən etmək, doğru anamları seçmək, və əgrə yoxsa, yaratmaq, davamlı layihələr inkişaf etdirib icra etmək və türk mədəniyyət amillərini yaşatmaq üçün ictimai sahələr formalaşdırmaq kimi məqamların önəmini vurğulayır.