Onların azadlığa çıxmasına az qalmış prokurorlar yeni ittihamlar irəli sürdülər
Sabiq rus maqnatı Mixail Xodorkovskinin vəkili 6 illik əlavə həbs hökmü ilə bağlı appelyasiya məhkəməsinə müraciət edib. Katrina Moskalenko deyir ki, hökmdən sonrakı 10 günlük möhləti qaçırmamaq üçün o, bu gün appelyasiyaya müraciət edib. 20 ay davam edən məhkəmənin ardınca Xodorkovski və onun biznes tərəfdaşı Platon Lebedevə dünən 14 illik həbs cəzası verildi ki, bu, da onların 8 illik məhbus həyatına 6 il əlavə edəcək. Onların azadlığa çıxmasına az qalmış prokurorlar yeni ittihamlar irəli sürdülər.