Müxalifətçilərin apelyasiya şikayətinə baxılır

Müxalifətçilərin apelyasiya şikayətinə baxılır

Arif Alışlı (AXCP) 3 il, bitərəf Elnur İsrafilov 2,5 il, Sahib Kərimov (AXCP) və Elşən Həsənov (Müsavat) 2 il, Babək Həsənov (AXCP) və Zülfüqar Eyvazlı (AXCP) 1,5 il müddətinə azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə 2 aprel aksiyasında iştiraka görə həbs edilmiş 6 müxalifətçinin işi üzrə hazırlıq iclası keçirilib. Apellyasiya şikayəti Səbail rayon məhkəməsinin 25 avqust tarixli qərarı ilə əlaqədar verilib.
Müttəhimlər 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 186.1-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə) maddələrlə təqsirli bilinib. Arif Alışlı (AXCP) 3 il, bitərəf Elnur İsrafilov 2,5 il, Sahib Kərimov (AXCP) və Elşən Həsənov (Müsavat) 2 il, Babək Həsənov (AXCP) və Zülfüqar Eyvazlı (AXCP) 1,5 il müddətinə azadlıqdan məhrum edilib.
Vəkili Yalçın İmanovun sözlərinə görə, vəkillər həbs qətimkan tədbirinin dəyişdirilməsi və apellyasiya baxışının tam məhkəmə istintaqı ilə aparılması barədə vəsatət qaldırıb. Lakin məhkəmə bu vəsatətləri təmin etməyib və dinləmələri oktyabrın 18-nə təyin edib.
Xatırladaq ki, 2 aprel mitinqi ilə əlaqədar sonradan daha 8 nəfər həbs olunub, onlardan biri şərti cəza alıb.