49 ölkədən 418 tələbənin iştirakı ilə Vaşinqton şəhərində konfrans təşkil edilib

49 ölkədən 418 tələbənin iştirakı ilə Vaşinqton şəhərində konfrans təşkil edilib

Fulbrayt proqramı haqda eşitməyən çətin tapıla. ABŞ Dövlət Departamentinin dəstəklədiyi bu qrant proqramı dünyanın hər yerindən minlərlə gənc və mütəxəssisin Amerikada təhsilini davam etdirməsinə yardım edir.1946- ildən ABŞ senatoru Vilyam Fulbraytın təşəbbüsü ilə start götürən təhsil proqramı indiyədək dünyanın 155 ölkəsindən 300000 insana tədqiqat, təhsil və fikir mübadisələsi imaknı yaradıb. Bu yaxlınlarda 49 ölkədən 418 tələbənin iştirakı ilə Vaşinqton şəhərində konfrans təşkil edilmişdi. Konfrası ABŞ dövlət katibi Hillari Klinton açıq elan etmişdi.“Amerika və ya dünyanın hansı ölkəsi olursa olsun, orada o ölkənin xalqı, mədəniyyəti, dili və tarixini bilmirsinizsə, xalqları biri-birinə bağlayan humanizm bağlarına göz yummuş olursunuz.Senator Fulbrayt sülh və inkişaf naminə ölkələrarası əlaqələrə insani amilin əlavə edilməsinin vacibliyini yaxşı bilirdi.Belə ki, müxtəlif ölkələrin xalqları və liderləri ortaq tərəflərini kəşf etdikdən sonra fərqlərini rahatlıqla uzlaşdıra bilər. ”

Proqramda iştirak edən 49 ölkədən tələbələr mədəni fəaliyyətlərini də nümayiş etdirib.ABŞ Dövlət Departamentinin təhsil və mədəniyyət üzrə maşaviri Roz Vilson son zamanlar amerikalılar arasında türk dillərinə böyük maraq yarandığını bildirib. O, hər yay 80 tələbənin dil öyrənmək üçün Türkiyəyə göndərildiyini deyib.

“Amerika universitetləri xarici tələbələrə böyük maraq göstərir. Universitetlərdə müəllimlərə böyük tələbat var. Türk dili başda olmaqla xarici dillərə maraq olduqca böyükdür. Biz amerikalılar arasında daha çox xarici dildə danışanlara nail olmaq istəyirik.”

Bu il 61-ci ildönümünü qeyd edən Fulbrayt proqramı 1949-cu ildən etibarən 3000-dən artıq türk tələbənin Amerikada təhsil almasına imkan verib. Azərbaycanda Fulbrayt proqramı on ildən artıqdır ki, onlarla alimin Amerikada təhsilini davam etdirməsinə şərait yaradıb.