4 Avropa ölkəsi Suriya hökumətini zorakılıqları dayandırmağa çağırır

4 Avropa ölkəsi Suriya hökumətini zorakılıqları dayandırmağa çağırır

Böyük Britaniyanın BMT-dəki səfirinin müavini bildirir ki, Suriya öz xalqına qarşı qəddar və özbaşına addımlar atır. Suriya bu iddiaları rədd edib.

BMT Təhlükəsizlik Şurasında baş katibin yardımçısı Oskar Fernandez Taranko tərəfindən Suriyada vəziyyət dəyərləndirləndən sonra Filip Parham 4 Avropa ölkəsi adından jurnalistlərə açıqlama verib.

O, xəbərdarlıq edib ki, Təhlükəsizlik Şurası Suriyada müxalif nümayişçilərə qarşı zorakılıqlara son qoyulması üçün ölkəyə təzyiq göstərməyin müxtəlif yollarını nəzərdən keçirəcək. Şura keçən həftə Suriyada vəziyyəti sərt tənqid etmişdi.

Suriyanın BMT-dəki səfiri Bəşər Cəfəri Parhamın ittihamlarını əsassız adlandırıb.

Suriya hökuməti dünən dissidentlərə qarşı zorakılıqları genişləndirib. Təhlükəsizlik Qüvvələrinin Homs şəhərinə daxil olmasından sonra ən azı 12 nəfər öldürülüb.