Avstraliya, Yeni Zelandiya və Sakit okeanı adasına yeni il artıq qədəm qoyub. 2011-ci il şənliklər və atəşfəşanlıqla qarşılanıb. Beynəlxalq vaxt zonasının qərbində yerləşən Kiribati ili birinci qarşılayan ada olub. Avstraliyanın Siney şəhərində 1.5 milyon insan dəniz sahilində ili salamlayıb. Moskvanın Qızıl Meydanına 250000 insan toplaşıb. Dünyanın ən böyük mərasimi Nyu-York şəhərində keçirilir. Bu gün milyonlarla insan büllur topun enişini izləyəcək.