Şənbə günü söz azadlığı tərəfdarları 2005-ci ildə qətlə yetirilmiş “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun xatirəsini yad edib. Bu gün Elmarın 43 yaşı olacaqdı. Tədbirdə qeyri-hökumət sektorunun nümayəndələri,ictimai xadimlər, jurnalistlər,ABŞ və Norveçin Azərbaycandakı səfirliklərinin nümayəndələri iştirak edib. “Ənənəyə uyğun olaraq, hər il iyulun 17-də Elmarın qəbrini ziyarət edirik”-deyə Turan İnformasiya Agentliyinin direktoru Amerikanın səsinə bildirib. O qeyd edib ki, beynəlxal ictimaiyyətin mətbuat azadlığının vəziyyəti və jurnalistin qətlinə dair bəyanatlarına baxmayaraq, bunun arxasında real addımlar və real təzyiqlər durmayıb. “Azərbaycanda azad media institutu yox dərəcəsindədir”- deyə Mehman Əliyev bildirib.
Müsavat Partiyasının sədri İsa Qəmbər Elmarın atası Sabir Hüseynova Azərbaycan xalqına belə dahi oğul bəxş etdiyi üçün təşəkkür edib.
2005-ci ildə qətlə yetirilmiş “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun xatirəsi yad edilib
Şənbə günü söz azadlığı tərəfdarları 2005-ci ildə qətlə yetirilmiş “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun xatirəsini yad edib. Bu gün Elmarın 43 yaşı olacaqdı. Tədbirdə qeyri-hökumət sektorunun nümayəndələri,ictimai xadimlər, jurnalistlər,ABŞ və Norveçin Azərbaycandakı səfirliklərinin nümayəndələri iştirak edib.