İraq məhkəməsi Böyük Britaniyalı təhlükəsizlik mühafizəçisini 2 əcnəbi kontraktoru qətlə yetirdiyinə görə 20 illik həbsə məhkum edib. Bu, 2003-cü ildə ABŞ-ın İraqa müdaxiləsindən bəri İraq məhkəməsinin təqsirli bildiyi ilk qərblidir.
Hakimlər 30 yaşlı Dənni Fitzsimonsu güclü mühafizə olunan Yaşıl Zonada bir böyük birtaniyalı və avstraliyalı həmkarını qətlə yetirməkdə və digər bir iraqlı mühafizəçini öldürməyə cəhddə təqsirli bilib.
Fitzsimons əvvəlcə ölüm cəzasına məhkum olunmuşdu. O qətlləri boynuna alsa da, iddia etmişdi ki, içkili vəziyyətdə olarkən dava düşüb və o, özünü müdafiə etməyə çalışıb. Britaniyalı təhlükəsizlik işçisi habelə deyib ki, o, həmin vaxt travma sonrası stressdən əziyyət çəkirmiş.