Terrorizmlə mübarizədə nailiyyətlər mövzusunda keçirilən konfransda ABŞ-ın maliyyə naziri Timoti Qaytner deyib ki, 2001-ci ildən terrorçuların maliyyələşdirilməsinə mane olunması terrorizmlə mübarizənin əsas hissəsi olub. O deyib ki, hərbi hücumlar təhlükəsi terrorizmlə fərqli olsa da, onların ortaq bir ehtiyacı var ki, bu da nağd puldur.
ABŞ terrorçuların maliyyələşdirməsinə mane olunması səylərinə bütün hökuməti cəlb edib. Amerika kəşfiyyat, sanksiyalar,beynəlxalq əməkdaşlıq, özəl sektorların yardımı ilə donorları və terrorizmi dəstəklətyn təsisatları müəyyən edib, onların fəaliyyətlərinə mane olur.
ABŞ hökuməti dünya ölkələrinə müraciət edərək, terrorçuların fondlarının məhvinə çağırıb. Beynəlxalq əməkdaşlıq terroristləri dəstəkləyən fondların Amerika xaricində olduğu üçün böyük əhəmiyyət kəsb edir. Qaytner deyib ki, biz terriçuları maliyyələşdirənləri üzə çıxarıb sanksiyalar yolu ilə onlara maneələr yaradırıq. “Beynəlxalq əməkdaşlıq nailiyyətin əsasıdır. Böyük İyirmilik daxil edilməklə, beynəlxalq qurumlar yeni standartların tətbiqi və ictimai dəstək yolu ilə terrorzmin maliyyələşdirilməsi ilə mübarizə aparır”.
ABŞ-ın maliyyə naziri Timoti Qaytner bu sahədə görülən işlərə görə dünyanın strategiyası, donorları və maliyyə təsisatlarına təşəkkürünü bildirib. O, hələ 2.5 min il əvvəl Fukididin “Spartan ” əsərində “müharibələr pul üçün aparılır" dediyi sözləri xatırladıb. Maliyyə naziri deyib ki, bu sözlər Əfqanıstandakı Əl-Qaidə liderlərinin “pulsuz cinah olmaz” dediklərinin əks-sədasıdır.
Terrorçuların maliyyə fondları daralır, onların gizlənmək və hərəkət imkanları məhdudulaşır. Bu gün Əl-Qaidə maliyyə problem ilə qarşı-qarşıyadır. İndi terrorçular maliyyələşmənin yeni yollarını axtarır. Beynəlxalq ictimaiyyətin buna mane olunması səyləri davam etdiriləcək.