Article 19:İnformasiya axını get-gedə fiziki və milli sərhədləri daha çox aşmağa başlayır

Article 19:İnformasiya axını get-gedə fiziki və milli sərhədləri daha çox aşmağa başlayır

Artikle 19-un fikrincə, Azərbaycan hökumət sosial şəbəkələrdən o qədər qorxur ki, Strasburqda yaşayan kiber-fəal Elnur Məcidliyə qarşı cinayət işi qaldırıb. O, hakimiyyəti zorla devirməyə çağırış (CM-in 281-ci maddəsi) ittihamı ilə 12 il azadlıqdan məhrum edilə bilər. Onun “cinayəti” ərəb qiyamlarından sonra etiraz aksiyalarına çağırışdan ibarət olub”.

Article 19 hüquq-müdafiə təşkilatı bəyanatla çıxış edib.

Sənəddə deyilir ki, söz azadlığı, KİV və informasiya axını get-gedə fiziki və milli sərhədləri daha çox aşmağa başlayır. “Bir çox hökumətlər nəzarəti itirmək qorxusunda var gücləri ilə informasiya yolunda maneələr yaratmağa, senzura tətbiq etməyə çalışır.

Təşkilat bildirir ki, ötən il ərzində dünyada baş verən bir sıra hadisələr sosial şəbəkələrin və onlar vasitəsilə yayılan foto və video məlumatların böyük əhəmiyyətini və imkanlarını sübut edir. “Bu gün insanlar yaşadıqları yerdən asılı olmayaraq ictimai maraq doğuran məlumatı dərc edə bilir. Wikileaks o qədər məşhurlaşdı ki, bu kimi bir neçə başqa saytlar da yarandı: BalkanLeaks, BrusselsLeaks (Avropa İttifaqı), IndoLeaks (İndoneziya), OpenLeaks, RuLeaks (Rusiya), TuniLeaks (Tunis) və TradeLeaks”.
Article 19 hesab edir ki, hadisələr Azərbaycandan da yan keçməyib. “Burada hökumət sosial şəbəkələrdən o qədər qorxur ki, Strasburqda yaşayan kiber-fəal Elnur Məcidliyə qarşı cinayət işi qaldırıb. O, hakimiyyəti zorla devirməyə çağırış (CM-in 281-ci maddəsi) ittihamı ilə 12 il azadlıqdan məhrum edilə bilər. Onun “cinayəti” ərəb qiyamlarından sonra etiraz aksiyalarına çağırışdan ibarət olub”.
Təşkilat hesab edir ki, Twitter və Facebook kimi şəbəkələr ərəb inqilabları zamanı təkcə nümayişçiləri səfərbər etməyə yardım etməyib, həm də jurnalistlər üçün əsas informasiya resurslarından biri olub. “Sosial media saytlarından istifadə çox güman ki, çoxalacaq. Belə ki, xarici jurnalistlərin Suriya və Azərbaycan da daxil olmaqla, bəzi ölkələrə səfərləri qadağan edilib”, - deyə bəyanatda vurğulanır.