Yuliya Timoşenkoya qarşı daha bir cinayət işi qaldırılıb

  • Amerikanın səsi

Yuliya Timoşenkoya qarşı daha bir cinayət işi qaldırılıb

Ukrayna prokurorluğu sabiq baş nazir Yuliya Timoşenkoya qarşı cinayət işi qaldırıb. Ona qarşı 2009-cu ildə Rusiyadan təbii qazın alışı barədə razılıq əldə edilməsində hakimiyyətindən sui-istifadə ittihamı irəli sürülüb. Baş prokurorun müavini general Renat Kuzmin bildirib ki, Timoşenkonun əldə etdiyi razılıq Ukraynaya 190 milyona başa gəlib. 2010-cu ildə prezident seçkilərində məğlubiyyətə uğradıqdan sonra istefa verən Yuliya Timşenko prezident Viktor Yanukoviçin əsas siyasi rəqibidir. Yanukoviçin hakimiyyətə gəlməsindən bəri sabiq baş nazir iki cinayət işi ilə üzləşib.Twitter-dəki veb səhifəsində Yuliya Timoşenko Yanukoviç administarsiyasını ona qarşı hər gün bir ittham irəli sürdüyünü yazır. O bildirir ki, yaxın zamanda cinayət məcəlləsində maddə qalmayacaq. Timoşenko ittihamların siyasi motivlərə əsaslandığını deyir.