Yuliya Timoşenko RosUkrEnergy şirkətini məhkəməyə verib

  • Amerikanın səsi

Yuliya Timoşenko RosUkrEnergy şirkətini məhkəməyə verib

Ukraynanın sabiq baş naziri Yuliya Timoşenko RosUkrEnergy təbii qaz şirkətinə qarşı Amerika məhkəməsində iş qaldırıb. Ukrayna xalqı adından şikayət dünən Nyu-Yorkun rayon məhkəməsinə təqdim edilib. Timoşenko şirkəti və onun sahibi Dmıtro Firtaşı İsveç məhkəməsinin qərarına riayət etmədən Ukraynanın təbii qazının oğurlanmasında ittiham edir. Timoşenkonun özü hazırda 2009-cu ildə Rusiyadan təbii qaz alınmasına dair razılığa imza atarkən vəzifəsindən sui-istifdaə etməklə bağı təhqiqat altındadır. Ukraynanın sabiq baş naziri ittihamların siyasi motivlərə əsaslandığını deyir.