Yaponiyanın şimal-şərqində bir şiddətli zəlzələdən sonra sunami təhlükəsi yenidən meydana gəlib. Yaponiyanın NHK telekanalı bu gün təcili xəbərdarlıq yayaraq, sakinləri daha yüksək ərazilərə getməyə çağırıb. Telekanal bildirib ki, sunami zədəli Fukuşima Atom Elektrik Stansiyasının təsirinə məruz qoya bilər.ABŞ Geologiya Mərkəzinin məlumatına görə, zəlzələ Rixter şkalası ilə 7.4 bal gücündə olub.