VKontakte təhlükəsizlik agentliyinin tələbini rədd edib

  • Amerikanın səsi

VKontakte təhlükəsizlik agentliyinin tələbini rədd edib

Rusiyanın populyar sosial şəbəkəsi olan VKontakte təhlükəsizlik agentliyinin nümayişlərə çağıran müxalifətin veb səhifəsindən istifadəsinə yol verməməsi tələbini rədd edib. Şəbəkənin sözçüsü Vladislav Tsupluxin bildirib ki, Federal Təhlükəsizlik Xidməti inqilab və qiyama çağıran müxalif qrupların hesablarının fəaliyyətinin dayandırılmasını istəyib. VKontakte tələbə rədd cavabı verib. Tsupluxin təhlükəsizlik xidməti tərəfindən heç bir təhdid və ya xəbərdarlıq alınmadığını da əlavə edib.