Şükran bayramı səyahətləri gecikmələrlə müşayiət edilə bilər

  • Amerikanın səsi

Şükran bayramı səyahətləri gecikmələrlə müşayiət edilə bilər

Şükran bayramında milyonlarla amerikalı səyahətə çıxır. Lakin bu dəfə hava limanlarındakı yoxlanış şərtləri barədə mübahisələr səfərlərin gecikməsi ilə müşayiət edilə bilər. Bu gün təşkil edilən nümayiş zamanı səyahətçilər bədən skanerlərindən istifadə edilməsinin əlyhinə çıxmağa çağırılıb. Eirazçılar bu yoxlanış metodunu özəl hüquqlar, şərəf və ləyaqətə təhqir kimi qiymətləndirir. ABŞ-ın Nəqliyyat Təhlükəsizliyi Adminsitrasiyası amerikalılara etirazlara görə gecikmələr barədə xəbərdarlıq verib. Ölkə boyu hava limanlarında qarşıdurmalara yol verilməməsi məqsədi ilə ciddi tədbirlər görülüb.