Türkiyədə Kürdüstan İcmaları Birliyinin üzvü olduğundan şübhələnilən 35 adam həbs edilib

  • Amerikanın səsi

Türkiyədə Kürdüstan İcmaları Birliyinin üzvü olduğundan şübhələnilən 35 adam həbs edilib

Türkiyədə bəzisi jurnalistlər olmaqla, PKK ilə əlaqəsi olan Kürdüstan İcmaları Birliyinin üzvü olduğundan şübhələnilən 35 adam həbs edilib.

Polisin bildirdiyinə görə, həbslər Istanbul və digər 6 şəhərdə keçirilən reydlər zamanı edilib. Həmin şəxslər KİB-nin media və təbliğat qrupunun üzvləri kimi ittiham edilir.

Türkiyə mətbuatı son həbslərin birliyin yüzdən artıq üzvünün nəzarət altına alınmasını kampaniyasının bir hissəsi olduğunu bildirib. Həbslər Türkiyədə mətbuat azadlığının boğulması cəhdi kimi qiymətləndirilir. Amerika və Avropa İttifaqıTürkiyəni tənqid edərək, əks-terror qanunlarının nəzərdən keçirilməsinə çağırıb.


http://www.voanews.com/templates/widgetDisplay.html?id=135927313&player=article