Türkiyə ordusunun bildirdiyinə görə, İraqın şimal bölgəsindən ölkəyə daxil olmağa cəhd edən 12 kürd yaraqlısı öldürülüb. Kürdüstan Fəhlə Partiyası-PKK üzvlərinin Şirnak vilayətində öldürüldüyü bildirilir.
Anadolu xəbər agentliyinin məlumatında isə mina partlayışı nəticəsində bir əsərin həlak olduğu deyilir. Partlayış Həkkari vilayətində baş verib.