Son rəy sorğularına görə, amerikalıların əksəriyyəti prezident Barak Obamanı qarşıda problemlər gözlədiyini bildirib. Respondentlərin çoxu Amerikanın Liviyadakı hərbi əməliyyatlarının əleyhinə olduğunu deyib. Quinnipiak universitetinin keçirdiyi sorğu iştirakçılarının 47 faizi Amerikanın Liviyadakı rolunu mənfi qarşılayıb. Eyni sorğuda iştirak edənlərin 65 faizi Liviyada mülki vətəndaşların müdafiəsi tərəfdarı olduğunu bildirib. Rəy sorğusu ABŞ prezidentinin Liviya ilə bağlı mövqeyini açıqlamasından əvvəl keçirilib.