Qazaxıstanda prezident seçkiləri keçirilir

  • Amerikanın səsi

Qazaxıstanda prezident seçkiləri keçirilir

Bu gün Qazaxıstanda uzun müddətdir hakimiyyətdə olan Nursultan Nazarbayevin qələbəsi ilə başa çatacağı gözlənilən prezident seçkiləri keçirilir. 70 yaşlı Nazarbayevin prezidentlik müddəti 2012-ci ildə başa çatır. Nulsultan Nazarbayev ona 2020-ci ilədək hakimiyyət müddəti verən referendum təklifini rədd edərək, növbədən kənarseçkilər keçirilməsinə göstəriş verib. Təhlilçilərin fikrincə Nazarbayev səslərin 90 faizini əldə edəcək.Qazaxıstan prezidentinin seçkilərdə 3 rəqibi var. Müxalifətin boykot çağırışlarına baxmayaraq, səsvermə fəallığının yüksək olduğu bildirilir. Hökumət seçkilərin nəticələrini sabah açıqlayacaq. Beynəlxalq müşahidəçilər hələ heç vaxt bu ölkədə azad və ədalətli seçkilər keçirildiyini deməyib.