Liviyanın Sirt şəhərində ağır döyüşlər gedir

  • Amerikanın səsi

Liviyanın Sirt şəhərində ağır döyüşlər gedir

Liviyanın Sirt şəhərində müvəqqəti hökumət qüvvələri ilə Qəzzafiyə sadiq qüvvələr arasında ağır artileriya hücumları olub. Şəhərin mərkəzinə doğru irəliləyən Milli Keçid Şurasının döyüşçüləri ciddi müqavimətlə üzləşib. Döyüşçülər Bani Valid şəhərində Qəzzafinin tərəfdarlarınn bir neçə istehkamını ələ keçirməyə çalışır.

Dünən Liviyanın Milli Keçid Şurası gələn bir neçə gün ərzində müvəqqəti hökumətin iş cədvəlinin açıqlanacağını bildirib. Şura hökumətdə 22 nazir və baş nazir müavininin yer alacağını bəyan edib.