Bu gün Meksikanın Kankun şəhərində 200-ə yaxın ölkə nümayəndəsi iqlim dəyişikliyi ilə bağlı müzakirələrə toplaşıb. BMT-nin sponsorluğu ilə keçirilən və iki həftə davam edəcək sammitin iştirakçıları iqlim dəyişikliyinə mane olunması yollarını müzakirə edir. İllik tədbirin məqsədi Kioto Protokolunun müddətinin uzadılmasıdır.Sənəd 2012-ci ilədək sənayeləşmiş ölkələrdən istixana qazlarının azaldılmasını tələb edir. Protokol ABŞ tərəfindən ratifikasiya edilməyib və yaxın zamanda Amerikanın sənədə qoşulacağı gözlənilmir.