Dövlət Departamentinin sözçüsü istefa verib

  • Amerikanın səsi

Dövlət Departamentinin sözçüsü istefa verib

ABŞ Dövlət Departamentinin sözçüsü P.J.Krouli Wikileaks-i məxfi məlumatla təmin etməkdə günahlandırılan şəxsə qarşı təzyiqlərə görə Pentaqonu tənqid etdiyi üçün istefa verməli olub.Dövlət Katibi Hillari Klinton bu gün Kroulinin istefasını qəbul etdiyini açıqlayıb. Krouli dediklərinin tam məsuliyyətini daşıdığını bildirib. Cümə axşamı günü Dövlət Departamentinin sözçüsü Müdafiə Nazirliyinin Bradli Manningə qarşı münasibətini əks-produktiv və gülünc adlandırmışdı. Wikileaks-i məxfi məlumatla təmin etməkdə günahlandırılan Manning iyul ayından bəri Quantiko hərbi bazasında saxlanılır.