Ukrayna Çernobıl AES-dakı qəzanın 25-ci ildünümünə hazırlaşır. Ukrayna prezidenti Viktor Yanukoviç və Rusiyanın Pravoslav patriarxı Kirill Kiyevdə keçirləcək anım mərasiminə qatılacaq. Prezidenti Rusiyanın dövlət başçısı Dmitri Medvedyev müşayiət edəcək. 1986-cı ilin aprel ayının 26-da baş verən partlayış 400 dəfə Hirosima faciəsindən güclü olub. Partlayışdan sonra Avropanın böyük bir hissəsi radiasiyaya məruz qalmışdı. Hadisə dünyanın ən böyük nüvə faciəsi hesab edilir. 2 adamın ölümü ilə nəticələnən faciədən bir necə ay sonra 30 adam radiasiya qurbanı olmuşdu. Ümumdünya Səhiyyə Təşkilatı 4000 insanın qəza səbəbi ilə öləcəyini təxmin edir. Fəkatət zonasının təmizlənməsi səyləri lazımi nəticə verməyib. Belə ki, 1.1 milyard dollarlıq vəsait toplanmasına çalışan beynəlxalq ictimaiyyət yalnız 750 million dollar toplaya bilib.