Barak Obama: İstehsalat sektorunun yenidənqurması ilə gələcəyi qazanmaq mümkündür

  • Amerikanın səsi

Barak Obama: İstehsalat sektorunun yenidənqurması ilə gələcəyi qazanmaq mümkündür

ABŞ prezidenti Barak Obama deyib ki, istehsalat sektorunun yenidənqurması ilə gələcəyi qazanmaq mümkündür. Bu gün Virciniya ştatında avtomobil təlim mərkəzinə baş çəkdikdən sonra danışan dövlət başçısı yavaş iqtisadi dirçəlişin bir çox amerikalını işsiz qoyduğunu deyib. Barak Obama qanunvericilər və sənayeləri təlim proqramlarını dəstəkləməyə çağırıb. ABŞ prezidenti özəl şirkətlər, sənaye qrupları və təhsil ocaqlarınıın iş yerlərinin təcrübəli mütəxəssislərlə doldurulması səylərinin sürətləndirilməsinə səsləyib. ABŞ dövlət başçısının çıxışı artmaqda olan işsizlik səviyyəsinin iqtisadiyyatın dirçəldiyini şübhə altına aldığı bir vaxta təsadüf edir. May ayında Amerikada işsizlik 9.1 faiz təşkil edib.